Bakı, Koroğlu Rəhimov, 70

İdeya üçün $20 000! Azərbaycanda “Golden Byte-2018” beynəlxalq çempionatının seçim turuna start verilir!

Sizin gənclər arasında keçiriləcək “Golden Byte-2018” beynəlxalq IT çempionatında qeydiyyatdan keçmək imkanınız var. Uduş fondu – $20 000!

“Golden Byte” nədir?

Çempionat artıq 10-cu dəfədir baş tutur. Hər il çempionatda Ukraynadan, Belorusiyadan, Qazaxıstandan, Rumıniyadan, Slovakiyadan, Bolqarıstan və Moldovadan 10 000-dən çox gənc iştirak edir. Bu il Azərbaycan artıq ikinci dəfə olaraq bu çempionatda iştirak edir, və buna görə sənin öz ölkəni beynəlxalq səviyyədə təmsil etmək şansın var.

Ötən il ölkəmizi təmsil edən iştirakçılar vətənə 2 qızıl və 2 bürünc medalla qayıtmışdırlar. Bu il sən bu rekordu qıra bilərsən!

2018-ci ildə iştirakçılara “Create the new world” mövzusunda aşağıdakı nominasiyalar üzrə mübarizə aparacaq

  • Startup Challenge – proqram lahiyələri müsabiqəsi.
  • Networking Technologies – sistem inzibatçıları nominasiyası.
  • Mobile Development – mobil proqramlar müsabiqəsi.
  • Game Design – oyun yaratma müsabiqəsi.
  • Character Design – oyun personajlarının yaradılması üzrə müsabiqə.
  • Web Design – web-lahiyələr müsabiqəsi.
  • Short Movie – qısa film müsabiqəsi.
  • NoSQL Expert – məlumat bazaları ilə iş üçün proqram konkursu.
  • Junior Competition – 10-17 yaşlı məktəblilər müsabiqəsi.

Çempionatın təşkilatçısı peşəkar kompüter təhsili üzrə ixtisaslanmış beynəlxalq təhsil mərkəzi STEP IT Academy-dir. Akademiyanın dünyanın 4 qitəsinin (Avropa, Asiya, Qərbi və Şərqi Amerika) 16 ölkəsində 44 filialı fəaliyyət göstərir.

Məhz sənin ideyan IT dünyasında çevrilişə səbəb ola bilər! Cəsarətli ol “Golden Byte- 2018” beynəlxalq IT çempionatında iştirak et!

Qeydiyyat – www.goldenbyte.org

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun