Bakı, Koroğlu Rəhimov, 70

Humanitar fənlər təmayüllü məktəb-lisey şagirdlərinin STEP Akademiyası haqda fikirləri

Artıq ikinci dəfədir Humanitar fənlər təmayüllü məktəb-lisey şagirdləri STEP IT Akademiyasına ekskursiyaya gəlir və bu ekskursiyalardan qazandığı təsüratları esse şəkilində bizimlə bölüşüblər. Sizinlə maraqlı esseləri paylaşırıq.

 

Ə. Murad

Step Akademiyası ilk dəfə Ukrainada yaranmışdır. Axırıncı dövlət bizim ölkə Azərbaycanda qoyulmuşdur. Orada bizə Ağa adlı bizə gözəl məlumatlar verirdi. Ağa müəllim bizə Whats-appı ilk dəfə yaradanı, MCDonalds-ı yaradanı, KFC-ni yaradanı, İnstaqramı yaradanı və başqa məlumatlar verərək bizim 1 ilə öyrənələyimiz şeyləri 1 günə öyrətdi. Mən Ağa müəllimə çox təşəkürlərimi bildirirəm ki, o bizə həddən artıq şeylər öyrətdiyinə görə. 

Yan Kum – Whats-app 35 yaş.
Rey York – MCDonalds – 52 yaş.
Systrom Kevin – İnstagram
Harlan Sanders – KFC – 65 yaş.
Biz bunlardan başqa robotlar haqqlnda çoxlu şeylər öyrədən Nadir müəllimə də minnətdarlığımı bildirirəm. 
Nadir müəllim bizə robotların 5 növünü oyrətdi:
1) Senaya robotları
2) Məişət robotları
3) Təhlükəsizlik təmin edən robot
4) Doyüş robotları
5) Tibb robotları
1) Senaya robotları – Maşın, mebel düzəldir
2) Məişət robotları – Evi səliqə salmaq üçün kömək edir
3) Təhlükəsizlik təmin edən robot – Çində insanların yoldan keçməsi üçün kömək edir
4) Doyüş robotları – Əgər başqa ölkələrdə döyüş olarsa kömək olurlar
5) Tibb robotları – İnsanlara xəstəlinəndə kömək edir
 
 
Əliyev Nicat
Biz 6 ay açılmış Step adlı bir yerə ekskursiya etdik. Ora çox maraqlı bir yer idi. Bizə orda Ağa müəllim məlumatlandırırdı. O, bizə bilmədiyimiz məlumatları söylədi hətta o bizə oyun təklif etdi. Oyunu qazanana galib buranı oxumaq istəsə 50 manatlıq mukafat verəcəkdi. Oyun bundan ibarət idi: Ağa müəllim bizə lahə göstərdi. O lövhədə bir çox proqram var idi, kim çox proqram tapsaydı o mukafat qazanacaqdı. 7A sinif şagirdi Sabir Zeynəb adlı bir qız qazandı. Sonra biz robotların düzələn yerə gəldik. Orada çox maraqlı idi. Mən fəxr edirəm ki, Azərbaycanın belə bir yeri var!
 
 
Şərifova Rəna 
Əslində mən bu akademiya ilə daha öncədən tanış idim və çox məlumatım  var idi. Bu akademiya haqqında mənə yaxınlarımdan biri danışdı və gələcəyim haqda olduqca lazımlı məsləhətlər verdi. Və mən bu məslətlərdən sonra 100% İT mütəxəsisi olmağı qərara aldım və akademiyaya hazırlanmağa başladım. Lakin valideynlərim qeydiyyata gəldikdən sonra məni 15 yaşından sonra akademiyaya aparmağı qərara aldılar. Mən də məcburən razı oldum.
Sinra məktəbimizdə informatika müəlliməmiz dəyişdi və Q. Abdulla müəllim bizim yeni İndormatika müəllimimiz oldu. Mən onun Step İT Academy`də çalışdığını öyrəndikdə tərcübləndim və çox sevindim. Bir neçə ay sonra Abdulla müəllim başçılıyı ilə akademiyaya ekskursiya təşkil olundu. 
Akademiyada ekstra bilgilər sahib oldum. Xəyallarım daha da böyüdü. Düşündüm ki, niyə də mən də bu akademiyadan məzum olduqdan sonra böyük şəxsiyyətlərdən biri olmayım?  15 yaşından sonra mən də bu akademiyaya daxil olub, gələcəyimi isıqlı etmək istəyirəm.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun