Bakı, Koroğlu Rəhimov, 70

“Hostimul” və “STEP IT Academy” arasında əməkdaşlıq barədə Memorandum imzalanıb

Beynəlxalq hostinq provayder şirkəti olan Hostimul ilə STEP IT Academy arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Hostimul və STEP IT Academy arasında memorandumun imzalanması informasiya və kommunikasiya texnologiyaları sahəsində təhsilin davamlı inkişafı, İKT sahəsində maarifləndirici proqramların icrası, elm, təhsilə bağlı müxtəlif layihələrə dəstəyin verilməsi və bu sahənin geniş ictimaiyyət arasında birgə tanıtımı üçün əhəmiyyətli şərait yaradır.

Hostimul hazırda web hostinq sahəsində dünya bazarında rəqabət aparır. Müştərilərin sayı daim artmaqdadır, çünki  qısa müddətdə prioritetli davamlı texnologiyalar, əlverişli və cəlbedici  qiymət, həmçinin əməliyyat dəstəyi və xidmətləri müəyyən edilmişdir.

Qarşılıqlı əməkdaşlıq gənclərin inkişafı üçün yeni imkanlar açacaq və təhsilin irəli aparılmasına şərait yaradacaq. Akademiyanın tələbələri Hostimul provayderinin məhsullarından təhsil məqsədi ilə istifadə edə, və təhsil imkanlarını daha da genişləndirəcək.

STEP IT Academy 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir.  Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 16 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 30 min tələbə və 85 min məzuna sahibdir.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun