Bakı, Koroğlu Rəhimov, 70

Haker hücumlarından əziyyət çəkən dövlətlər

Canilərdən və hakerlərdən hələ heç kim sığortalanmamışdır. Bu insanlar kompüter sistemlərində və proqramlarda zəif tərəflər və bu sistemə yol tapırlar, onlar hər il istifadəçilərin məlumatlarını oğurlayır, milyonlarla hesabları sındırır və böyük məbləğlərdə ziyan vururlar.

Hakerlərin hücumlarından daha çox əziyyət çəkən dövlətlərin reytinqində ABŞ, Çin, Kanada, Yaponiya və İsveç vardır.

Gəlin, ABŞ – ın rəhbərlik etdiyi bu reytinqə baxaq.

Amerika Birləşmiş Ştatları

Bu dövlətdə hər şeydən çox, demək olar ki, 800 milyon istifadəçinin hesabını sındırırlar. ABŞ – da böyük əhali, bir çox şirkətlər və çox yaxşı inkişaf etmiş texnologiya vardır. Bununla yanaşı, dövlət sındırılmış hesabların sayına və istifadəçi məlumatlarının oğurlanmasına görə liderlik edir. ABŞ – da haker hücumuna məruz qalan və sındırılan hesabların sayı bu reytinqdə olan digər dövlətlərin sındırılmış ümumi hesab sayından 2 dəfə daha çoxdur.

Fransa

85 milyondan artıq fransız hesabı hücuma məruz qalmışdır. Ötən il böyük bir video hostinq olan Dailymotion saytının parolu sındırılmışdır ki, bu da həddən çox istifadəçilərin məlumatlarının itirilməsinə səbəb olmuşdur.

Rusiya

Haker hücumu nəticəsində, Mail.ru poçt xidmətində 83 milyondan artıq istifadəçi əziyyət çəkmişdir.

Kanada

Kanada məlumat və rəqəmlər axının tamamilə normal hal olduğu üç dövlət arasındadır. 72 milyondan artıq Kanadalı istifadəçilərin məlumatları haker hücumu nəticəsində oğurlanmışdır.

Tayvan

Bu dövlətdə də ehtiyatlı olmaq lazımdır. Antivirus şirkəti adı altında gizlənən Backdoor virusuna görə 30 milyon istifadəçi əziyyət çəkmişdir.

Çin

Dövlətdə məhşur kiber quldurlarından ibarət qruplar vardır ki, sadə istifadəçilərə mütəmadi olaraq problem yaradırlar və cinayət mənbəyidirlər. Bununla yanaşı, 11 milyondan çox çin istifadəçisi hakerlərin “iş”indən əziyyət çəkmişdir.

Cənubi Koreya

Ötən il canilər InternetExplorer brazuerinin zəifliyindən istifadə etməyi bacarmışlar ki, buna görə bu dövlətdə 10 milyon istifadəçi əziyyət çəkmişdir.

Yaponiya

Yapon istifadəçiləri müntəzəm olaraq hədələr ilə rastlaşırlar. Yaponiyada olan vəziyyət Kanadada yaranan vəziyyətə oxşardır – məlumat axını və istifadəçi hesablarının sınıdırılması çoxdan nadir hal deyildir. Beləliklə son kiber hücumlar və haker sındırmaları nəticəsində 8 milyondan çox yapon istifadəçisi əziyyət çəkmişdir.

Niderland

Bu avropa dövləti kiber hücumların mənbəyi rolunda çıxış edir, lakin özü də hakerlərin diqqətindən və hədələrindən əziyyət çəkir. Demək olar ki, 7 milyon sadə istifadəçi hədələnmişdir.

İsveç

İsveçdə 6 milyon hesab sınıdırlmışdır. Yəqin ki, bu haldan istifadə edərək, gəlir əldə etmək istəyən əhalinin və quldurların istəyini nəzərə alsaq, ölkənin rifahını təsəvvür etmək çətin deyil.

Ehtiyatlı və ayıq olun. Kompüterlərin təhlükəsizliyi – vacib problemdir, həlli bir çox mütəxəssislərin diqqətini tələb edir. Kompüterlər, smartfonlar və planşetlər, kompüter şəbəkələri, korporativ və şəxsi hesabları qorumaq və informasiya və kibertəhlükəsizlik qaydalarını tətbiq etmək vacibdir. Daha çox bilmək, satmaq və sadəcə olaraq pislik etmək üçün məlumatlar əldə etmək kifayətdir. Bu səbəbdən, kibertəhlükəsizlik üzrə mütəxəssislər bir çox şirkətlərdə tələb olunurlar. Və şirkətin məhz hansı sahədə  (kənd təsərrüfatı, maliyyə və ya səhiyyə) işləməsinin heç bir əhəmiyyəti yoxdur. Kompüter sisteminin təhlükəsizliyinə nəzarət etmək hər zaman və hər bir yerdə lazımdır. Bəs informasiya təhlükəsizliyi və informasiya sisteminin təhlükəsizliyi üzrə mühəndisdən, InformationSecuritySpecialist, ITSecurityManager və İT – təhlükəsizliyi üzrə şöbənin mütəxəssislərindən ən yaxşı hansı bu tapşırığın öhdəsindən gələ bilər?

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun