STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

Biz inanırıq ki, hər kəs dizayn şedevrləri yarada bilər. Bu məqsədə çatmaq üçün sizdən yalnız istək, səy və intizam tələb olunur. Qalanını biz öz üzərimizə götürürük.

Dəyərlərimiz

Bizim dəyərlərimiz

STEP IT Academy-də təhsil effektiv tədrisin üç əsas zəruri tərkib hissəsinə əsaslanır

Aktual proqram

Bizim tələbələrin aldığı bilik və bacarıqlar şirkətlərin bu günkü və gələcək tələblərinə uyğun olmalıdır. Buna görə də biz hər altı aydan bir kurs proqramlarına baxır və onları yeniləyirik.

Müəllim-praktiklər

STEP IT Academy-nin müəllimləri – aparıcı İT şirkətlərin minimum 5 il iş təcrübəsi olan mütəxəssisləridir. Dərslərdə tələbələr real praktikadan yalnız aktual bilikləri əldə edirlər.

Dost mühit

Biz müəllim və tələbələrin eyni səviyyədə ünsiyyət qura biləcəyi xüsusi təhsil mühiti yaratmışıq. Bizim təhsil otaqlarımız və laboratoriyalarımız rahat iş yerləri, kompüter texnikaları və lisenziyalı proqram təminatları ilə təchiz edilib.

Kimlər üçün

Proqram kim üçün hazırlanıb

Məktəblilər və məzunlar (16-18 yaş)

dizayner olmaq arzunuzu sonraya qoymadan ilk peşənizi almaq

Ali təhsil müəssisələrinin tələbələri (18-23 yaş)

universitet təhsili ilə paralel ikinci ixtisası mənimsəmək

Digər peşələrin nümayəndələri (23-55 yaş)

o kəsləri ki, cari karyera və maliyyə perspektivləri qane etmir, dizayner ixtisası üzrə yenidən təhsil ala və tələb olunan peşəyə sahib ola bilərlər.

İxtisasını artırmaq istəyən hər kəs

öz biliklərini sistemləşdirəcək və müasir dünyada tələb olunan iş bacarıqları əldə edəcəklər

Tədris

Tədris proqramı

  • Adobe Photoshop-da rastr qrafikasə ilə iş;
  • Şəkil, incəsənət tarixi, mühüm inkişaf mərhələləri və müasir dizayn stilləri
  • Dizayn və reklam dizaynı: yaradılması, təşviqi psixologiyası, aydentika (firma stili) və brendinq
  • Adobe Photoshop-da foto və rastr şəkillərin peşəkar işlənməsi
  • Adobe Illustrator-da vektor qrafikası ilə iş
  • Nəşriyyat: çap mətninin tərtibatı ənənələri, məhsulun erqonomik və stilistik dizaynı
  • Adobe InDesign nəşriyyat sistemi. Çap öncəsi hazırlıq
  • Rəqəmsal fotoqrafiya. Studiyada professional avadanlıqlarla iş təcrübəsi, portret retuşu, əşya fotoçəkilişi
  • Statik və dinamik veb-saytların yaradılması: HTML5 dili, CSS3, yaratma, təşviq etmə və pul qazanma vasitələri
  • Veb-saytlar üçün məzmunun idarəedilməsi sistemləri
  • Veb səhifələrin erqonomikası və istifadə üçün rahatlığı. UI/UX-dizayn
  • JavaScript və WebGL istifadə etməklə interaktiv animasiya
Bacarıqlar

Kursu bitirdikdən sonra nələri bacaracaqsınız

  • Sıfırdan şirkətlərin brendini tərtib etmək və yaratmaq: qaydlayn və brendbukların hazırlanması ilə məşğul olmaq, firma stilini, korporativ dizayn elementlərini, nişanları, brendin loqo və personajlarını tərtib etmək
  • Qabaqcıl rəqəmsal texnologiyalardan istifadə etməklə fotoçəkiliş aparmaq: şəkillərin retuş edilməsi, sonradan üzərində işləmə, peşəkar portretlər və fotokollajlar yaratmaq, gecə çəkilişi və makroçəkiliş aparmaq
  • Çap məhsullarının maketini yaratmaq: qəzetlər, jurnallar, kitablar, reklamlıq nəşriyyat məhsulları, o cümlədən nəşrlərin çap öncəsi hazırlanması
  • Statik və dinamik veb-saytların layihələndirilməsi, yaradılması və təşviqi: sadə sayt vizitkalardan nəhəng internet mağazalaradək
  • Veb-səhifələrdə interaktiv elementlər, dinamik menyular və idarəetmə elementləri yaratmaq, Adobe Animate texnologiyasından istifadə etməklə videoparçalar yerləşdirmək
  • Mobil və stolüstü proqramlar üçün interfeysin dizaynı. İstifadəçi təcrübəsini nəzərə almaq
Təhsil formaları

Təhsil formaları

Qrafik və veb-dizayn

ayda 300 azn-dən

Öz həmfikirlərinin yanında bilik və bacarıqlar əldə etmək istəyənlər üçün əla seçimdir. Müstəqil şəkildə öyrənmək sizin üçün çətindirsə, və vaxtınız varsa bu ən sizin üçün ən uyğun təhsil formasıdır. 15 nəfərə qədər kiçik qruplar. Hər dərsdə sizinlə təlimçi məşqul olacaq.

 

Müəllimlərimiz tərəfindən hazırlanmış ev tapşırıqlarını yerinə yetirmək üçün tövsiyə olunan kompüter konfiqurasiyalarını nəzərdən keçirməyi unutmayın.

Azərbaycan

3 semestr - 1.5 il

16-55 yaş arası

həftədə 3 dəfə - 2 qoşa dərs

Müəllimlər

Müəllimər – praktik mütəxəssislər

Aybəniz Alıyeva

"Kompüter qrafikası və dizayn" kafedrasının müəlliməsidir. "Sənətşünaslıq" kursunu aparır. Bu sahədə 18 ildən artıq işləyib. Bu illərin üçünü pedaqoji fəaliyyətə həsr edib. "Tarixi və mədəni abidələrin mühafizəsi və təbliği" sertifikatına layiq görülüb. Azərbaycan Milli İncəsənət muzeyinin ekspozisiya şöbəsinin rəhbəri və Art Group Company-nin art-meneceri kimi, o, incəsənət sahəsində fərdi və tematik sərgilərin təşkili ilə məşğul olur.

Zöhrab Salam-zadə

"Kompüter qrafikası və dizayn" kafedrasının müəllimidir. "Rəsm əsasları" kursunu aparır. Peşakar rəssam kimi abituriyentləri Rəssamlıq Akademiyasına qəbula hazırlaşdırır. Bir çox sertifikat sahibidir. «Icherisheher Centre for Traditional Arts»-da və Pomegranate Studio dizayner şirkətlərində işləyir, ağacişləmə ilə məşğul olur, şəxsi bədii emalatxanası var. Dərslərində üstünlüyü yalnız rəsm əsaslarının deyil, həm də rəsm xırdalıqlarının və öz təcrübəsində yaranmış müxtəlif vəziyyətlərin müzakirəsinə verir.

Çingiz Səmədzadə

“Kompüter qrafikası və Dizayn” kafedrasının müəllimi. Fotoqraflıqla 12 yaşından məşğul olmağa başlayıb, eyni zamanda rəssamlıq ilə də məşğul olub. Rəssamlıq Kollecini və sonra İncəsənət Universitetini bitirib. Üç il Rəssamlıq Akademiyasında tədris ilə məşğul olub. 2001-ci ildən etibarən Azərbaycan Rəssamlar Ittifaqının üzvüdür. Kommersiya sahəsində fotoqraf kimi fəaliyyət göstərir.

Toğrul Babayev

"Kompüter qrafikası və dizayn" kafedrasının müəllimidir. 2017-ci ilin noyabrında öz peşə fəaliyyətinin 20-illiyini qeyd edib. Bu illərdən onunu o, pedaqoji fəaliyyətə həsr edib. Bir neçə xarici müsabiqədə, o cümlədən sənaye və kommersiya dizaynı üzrə müsabiqələrdə iştirak edib. O, təhsilini Hindistanın Mohali şəhərindəki Yüksək Texnologiyaların İnkişaf Mərkəzində alıb.

Öz işində sadə karandaş və kağızdan tutmuş peşəkar rəqəmli avadanlığadək, eləcə də kiçik köməkçi proqram və plug-in’lərdən tutmuş qrafik redaktorların peşəkar paketlərinədək ən müxtəlif alətlərdən istifadə edir.

Uğur hekayələri

Uğur hekayələri

Nərmin Qəmbərli: "tam 3ay sonra ilk məvacibimi qazandım"

Freelancer

Yenə göstər

Elvin Abdurzayev

Azercosmos

STEP IT Academy mənə sevdiyim işi görərək pul qazanmaq və karyera qurmaq üçün imkan yaratdı.
Yenə göstər

Sarıvəlli Nigar

SaNi Style

Yenə göstər

Nadirova Mehin

Freelancer

Yenə göstər

Səlimova Nərminə

Freelancer

common_story_graduate 2020

Yenə göstər

Murad Əzizov

MİMTA fondu - Art Direktor

Yenə göstər

Arzu Bəxtiyarova

Azerbaijan Digital Art

Yenə göstər

Dadaşova Nərminə

Pyramid Group

Yenə göstər

Aqnessa Tarıverdiyeva

Movement Platform

Təhsil müddətində demək olar ki, hər şey menə  maraqlı idi və bu səbəbdən hər mövzuda fərqlənmək və ən yaxşı nəticələr əldə etmək istəyirdim. Artıq 2-ci semestrda bir şirkətdə Qrafik Dizayner olaraq işə başlamışdım.
Yenə göstər
İş nümunələri

Məzunların iş nümunələri

Pişik (Adobe Photoshop)

Tələbəmiz Eyyubov Arifin Kompüter Qrafikası və Dizayn ixtisasında Photoshop üzrə kurs işinin hazırlanması videosu.

STEP Cinema

Tələbəmiz Elşən Səlimovun Web Front-End üzrə təqdim etdiyi diplom işi. Elşən kinoteatr üçün maraqlı bir veb səhifə hazırlayıb.
 

Samir Mammadzada: Brand design

Kompüter Qrafikası və Dizayn ixtisasımızın tələbəsi Samir Məmmədzadənin brendinq və korporativ üslubun yaradılması fənni üzrə təqdim etdiyi kurs işi.

Məzunlarımız harada işləyir

Məzunlarımız harada işləyir

Təhsili bitirdikdən sonra tələbələr STEP IT Academy-nin beynəlxalq diplomu ilə təltif olunurlar

Həmçinin tələblər partnyor şirtkərlərin sertifikatlarına yiyələnirlər

Geri zəng sifariş etmək
Dizayn
Kompüter Qrafikası və Dizayn ixtisasını iki yerə böldük. 2D və 3D dizayn kurslarını ayrı kurslar kimi seçə bilərsiniz.

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat