Bakı, Koroğlu Rəhimov, 70

Google Hash Code STEP Academy Baku-da!

Bu il STEP IT Academy Baku, Google Hash Code 2019’a ev sahibliyi edəcək bir mərkəz olaraq qeydiyyatdan keçib!

Hash Code nədir?

Google-un komandaya işinə əsaslanmış proqramlaşdırma müsabiqəsi olan Hash Code, real Google mühəndislik tapşırıqlarından modelləşdirilmiş bir problemi həll etmək üçün birlikdə işləməklə bacarıqlarınızı bölüşməyə və digər proqramçılarla əlaqə yaratmağa imkan verir! İki-dörd nəfərdən ibarət kiçik komandalarda dünyanın müxtəlif nöqtələrindən toplaşan proqramçılar ilk tapşırığı Onlayn Kvalifikasiya mərhələsi zamanı həll edəcəklər. Bu turun onlayn rejimdə keçirilməsinə baxmayaraq, komandalar bir ə araya gələrək, yerli Hash Code hub’larında yan-yana rəqabət aparacaqlar. Bu turdan ən yaxşı komandalar bizim hər il keçirilən Hash Code Final Round üçün Google-un beynəlxalq ofisində iştirak etmək üçün dəvət olunur.

Bu necə işləyir

Müsabiqəyə qeydiyyatdan keçdikdən sonra Yoxlama Sistemimizə giriş əldə edəcəksiniz. Yoxlama Sistemi komandamızı yaratmaq, hər hansı bir hub-a qoşulmaq, məşq etmək və yarışlar zamanı rəqabət aparacağınız onlayn platformadır. Kvalifikasiya mərhələsində, tapşırıq ilə tanış olmaq üçün YouTube-daki canlı yayımımıza baxacaqsınız. Komandanız ilə birlikdə seçdiyiniz proqramlaşdırma dili və digər vasitələri istifadə edərək optimallaşdırma problemini həll etmək üçün dörd saatınız olacaq. Ən yüksək nəticə göstərmiş komandalar Final mərhələsinə Google-un ofisinə dəvət olunacaqlar və digər məsələnin həlli üçün pul mükafatı uğrunda rəqabət aparacaqlar.

STEP IT Academy Baku-dan Google Hash Code-a qoşulun. Bizi tapmaq və qeydiyyatdan keçmək üçün bura daxil olun!

Komandanın iştirakına və qeydiyyatına dair bütün suallar üçün Google Hashcode FAQ-a buyurun!

STEP IT Academy Baku-da sizi Google Hash Code 2019 üçün gözləyir!

*Müsabiqə ingilis dilində keçiriləcək!

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun