Bakı, Koroğlu Rəhimov, 70

Golden Byte beynəlxalq yarışmasının ikinci regional yarımfinal turu keçirildi.

STEP IT Academy-də Golden Byte beynəlxalq yarışmasının ikinci regional yarımfinal turu keçirildi.

“Golde Byte” beynəlxalq İT yarışması yeni istedadlar və idayalar üçün yaradılmış strartap sənaye platformasıdır. Müsabiqənin əsas məqsədi gənc mütəxəssislərə öz ideya və biznes layihələrini reallaşdırmaq, investor və vençur fondlarına yeni və güclü layihələr axtarışında yardımçı olmaqdır. “Golde Byte” gənc İT mütəxəssislərinə sözügedən sahənin peşəkarlarından faydalaı məsləhətlər almaq, yeni əlaqələr qurmaq və ən əsası öz layiələrinə investisiya cəlb etmək üçün alternativ platformadır.

Akademiyanın ictimai əlaqələr şöbəsindən verilən məlumata əsasən ikinci yarımfinal mərhələsi Junior Competition nominasiyası üzrə keçirilmişdir. Bu nominasiya çərçivəsində 10-17 yaş arası məktəblilər və tələbələr “Create the new world” mövzusunda web project, ətraf mühitin qorunması, sosial problemlərin həlli, səhiyyə və digər subnominasiyalar üzrə layihələr təqdim etmişdirlər.  184 qeydiyyatdan keçmiş layihənin arasından yarımfinal mərhələsinə 10 layihə,  finala isə 4 iş yüksəlmişdir.

Qeyd edək ki “Golden Byte” InterSystems, Intel, Dell, Microsoft, Logitech və digər aparıcı şirkətlər tərəfindən dəstəklənir. Partnyorlar arasında baş sponsor qismində AzerTelecom və dəstəkçi qismində Bakcell Applab İnkubasiya mərkəzini qeyd etmək lazımdır. Müsabiqənin təşkilatçısı isə STEP IT Academy-dir.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun