Bakı, Koroğlu Rəhimov, 70

GitHub –un karyeraya təsiri

Bizim dünyamız açıq çıxış kodu ilə proqram təminatını  fəth edən dünyadır.  Bu vəziyyət haqqında real təsəvvür yaradan iki əsas amil var.

Microsoft.

Uzun illər boyunca açıq çıxış kodu ilə fəal mübarizə aparan patentli proqram təminatı üzrə əsl ideoloq olan şirkətdir.  İndi isə o open-source tətbiqatını qəbul edib və NET.Foundation-u yaradıb (həmçinin Red Hat –da onun üzvüdür). Həmçinin, Microsoft hətta Linux Foundation –a da qoşulub. İndi .NET açıq çıxış koduna sahib layihə kimi qəbul edilir.

İndi GitHub GitHub versiyaların nəzarət sistemi ilə nöqsanların izlənməsinə bağlı olan xüsusi sosial şəbəkəni təmsil edir.

Proqram təminatı işləyib hazırlayanlara xüsusən də bağlı çıxış kodu ilə olan məhsullar üzərində işləyənlər hələ ki, tam olaraq nə baş verdiyini anlamır.   Onlar üçün açıq çıxış kodu sanki pulsuz iş, boş zamanlarda məşğul olunan hobbi kimidir. 

Ancaq son on il ərzində işləyərək, açıq çıxış kodu ilə proqram təminatı istehsal edən çox milyard dollarlıq bir şirkət yaradan proqramçılar üçün açıqla işləməkdə  pis bir şey yoxdur. Bu işin açıq aşkar faydaları və əhəmiyyəti –reputasiyası digər şirkətlərə bəllidir. GitHub kommit vasitəsilə yaradılan sosial kapital və  yüksək texnologiyanın sizin çalışdığınız istənilən sahəsində qlobal kommunikasiyaya verilən töhfə sadəcə sizə aid olan sosial şəbəkədir. O heç cür sizin bir müddət işləyəcəyiniz şirkətə bağlı olmur.   

Şübhəsiz ki, ağıllı insanlar bu kimi iş vəziyyətlərinin müsbət cəhətlərini istifadə edirlər. Onlar yamaqlar (patch) göndərə bilər, suallar göndərir, hər gün istifadə olunan Redux, .NET, TypeScript işində tətbiq olunan çərçivə və dil yaradıcılarına şərhlər yazırlar.  Onlar həmçinin hər cür ideyaları dəstəkləyir,  öz işlərinin böyük hissəsini, hətta proqram təminatı anbarının inkişafı üçün bir töhfə olsa da məhz açıq proqramlaşdırma hissəsini yaradıcı şəkildə təşkil edirlər.

GitHub haqlı olaraq böyük bir ekolayzer adlandırıla bilər. Siz Hindistanda və ya Avstraliyada işləmə imkanı əldə etməyə bilərsiniz, ancaq GitHub köməkliyi ilə Hindistandan olan avstraliyalı ilə işləyə biləcəksiniz. 

Red Hat –da iş almaq imkanları da açıq aşkardır. Siz Red Hat proqramçılarının hal-hazırda üzərində çalışdıqları bir tapşırıqda əməkdaşlığa başlayacaqsınız. Daha sonra sizin töhfənizin əhəmiyyətli olduğu aydınlaşdığı zaman, siz də özünüzü yaxşı tərəfdən göstərdiyinizə görə siz gələcək işlə bağlı söhbətləşmək fürsəti əldə edəcəksiniz, ya da onlar özü sizə iş təklif edəcəklər.

İndi bu yol demək olar ki, istənilən istiqamətdə hamı üçün açıqdır. Açıq çıxış kodu  yavaş-yavaş dünyanı fəth edir və bu tendensiya hər yerdə yavaş-yavaş yayılır. Linux və Git –in qurucusu Linus Torvalds bu yaxınlarda müsahibəsində bildirib ki, proqramçı təmsilçilər ona güvənməyə başlayana kimi çoxlu sayda yamaqlar buraxırlar. Artıq bundan sonra proqramçılar yalnız yamalar göndərən bir şəxsdən daha yüksək hesab olunur – proqramçı etimad dairəsinə daxil edilir.

Proqramçıların (tərtibatçılar – developer) reputasiyası isə məhz onun bu etibar dairəsində olan yerini müəyyənləşdirir. Proqramçı nə qədər tez-tez şirkətləri dəyişəcəksə onun reputasiyası da zəifləyəcək, bəzən isə tamamilə itəcək.  Bu uzun müddət kiçik bir şəhərcikdə yaşamaq kimidir ki, siz şəhərin bütün sakinləri ilə tanış olmuş olacaqsınız. Ancaq siz bir ölkədən digər ölkəyə səyahət edirsinizsə,  nəticədə siz nəinki sizi heç kimin tanımadığı, hətta sizi tanıyan birini də heç kimi tanımadığı məkana getmiş olursunuz. Beləliklə, siz – bütün əhəmiyyətli, ikinci dərəcəli, hətta artıq üçüncü dərəcəli əlaqələrinizi itirmiş olursunuz.

Markanın yaradılmasına qədər, konfranslarda və ya digər əhəmiyyətli tədbirlərdə çıxışlar sayəsində, başqaları ilə işləyərkən yaranan və daxili korporativ anbara kod qoyarkən yaradılmış inam görünməyəcək.

Ancaq mövcud is GitHub-da yaradılıbsa o yoxa çıxmayacaq. Görünəcək. Bu, hər kəs üçün görünəcək olan inam dairəsinə daxil olmaq üçün tam yoldur.

Əvvəllər imkanlardan məhrum olanlar tezliklə bundan faydalanmağa başlayacaqlar. Tələbələr, immiqrantlar, kollec məzunları bunu Avstraliyaya getmək üçün istifadə edəcəklər.

Nəticədə bunun sayəsində bütün mənzərə dəyişəcək. Əvvəllər imtiyazlı müəllifləri etimad dairəsini itirdiklərini hiss etməyə başlayacaqlar. Axı  open source –un əsas prinsiplərindən biri meritokratiyadır. Yəni hər zaman ən yaxşı ideya, ən yaxşı kommit, ən yaxşı reallaşdırma və ən yaxşı test qalib gəlir.

Əlbəttə, bu qiymətləndirmə metodu da mükəmməl hesab olunmur – mükəmməl olan heç bir şey yoxdur. Onsuz da bu, proqramçını rahat şəkildə işlənilən yaxşı insan vəzifəsindən azad etmir. Red Hat –an bəzi ulduz proqramçılar qovulmuşdu. Çünki digər işçilər ilə yola getmirdilər. Bundan sonra işçilər GitHub-ın digər üzvləri ilə əməkdaşlıq etməyə başladılar. 

GitHub bugünkü gün sadəcə kod deposu və ya kiminsə özü üçün stereotipik olaraq təqdim etdiyi natamam kommit siyahısı deyil. GitHub – məhz sosial şəbəkədir. Qısaca olaraq iki sözlə belə ifadə etmək olar ki: “GitHub –da kodun mövcudluğu deyil onun haqqında deyilənlərin əhəmiyyəti var”.

Demək olar ki, bu “portativ reputasiya” kimi bir şeydir. Növbəti 12-24 ay ərzində bir qrup proqramçılar portativ reputasiya üzərində işlədiyi üçün, digərləri isə işlədiyi üçün bu amil həlledici əhəmiyyət əldə edəcək. Analogiyaya əsasən demək olar ki,  əvvəllər dilemmalar var idi ki, e-mail ünvan olsun ya yox (indi isə hər kəsdə var), mobil telefon alım ya yox (buğun yenə də hərkəsdə var). Həmçinin gələcəkdə də böyük əksəriyyət açıq kod ilə işləyəcək və hər kəs uğur əldə etmək üçün eyni şansa sahib olacaq.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun