Bakı, Koroğlu Rəhimov, 70

GameDeveloper və ya uşaqlara proqramlaşdırmanı necə öyrədirik

Proqramlaşdırma indi – dünyanın vacib və ayrılmaz hissəsidir.

Proqramlaşdırma bilikləri və anlayışı artıq yalnız proqrammistin öz işində deyil, eyni zamanda minlərlə, gələcəkdə isə – milyonlarla ixtisas üçün vacibdir.  Buna görə, onunla mümkün qədər tez məşğul olmaq üçün imkan yaratmaq lazımdır. Arzuolunandır ki – uşaq yaşlarından başlayasınız.

Step Kiçik Kompüter Akademiyasında proqramlaşdırma dilini öyrənməzdən əvvəl, biz belə qeyri – adi, lakin artıq tələb olunan “Oyunların yaradılması” kursunu keçirik. Kompüter oyunları sənayesi çox gəlirlidir. MOBA – oyunu liderlərinə baxmaq kifayətdir.  Misal üçün, Dota&LeagueofLegends öz təsisçilərinə ayda on milyonlarla dollar qazandırır.

Bu kursa nələr daxildir? Oyun – tərtibatı və dizaynı üzrə yüzlərlə kitablar oxunmuşdur, onlarla professional xarici kurslara baxılmışdır. Hər bir müəllim tərəfindən bir çox oyunlar yazılmışdır. Nəticədə – biz yaxşıların yaxşısını seçdik, öz şəxsi təcrübələrimizi əlavə etdik və Kiçik Akademiyanın tələbələrindən maksimal kreativlər düzəltdik.

Əsas proqramlaşdırma dillərinin tənzimlənməsi və alqoritmlərin təsviri vizual proqramlaşdırmanın sadə və anlaşılan texnologiyasında dayanmışdı. Sadə dillə desək – blokların köməyi ilə proqramlaşdırma.

Dərslər bu və ya digər proqramlaşdırma prinsiplərinin izahı ilə başlayır. Sonra isə – bu biliklərin qüvvətləndirilməsi üzrə xüsusi olaraq işlənib hazırlanmış oyun tapşırıqları keçirilir. Əsasların izahından sonra, biz tələbələrin ən sevimli hissəsi olan – oyunların yaradılmasına keçirik. Çox səviyyəli labirintlər, dinamik idman oyunlarını işləyib hazırlayırıq. Nə gizlədək – hətta öz versiyamızda Pac – Man’а hazırlayırıq. Bərəlmiş gözlər, tam ümidsizlik və ümid, ağızların açılı qalması və təəccüb, kiçik tərtibatçıda müşahidə olunan hər bir şey – əməyə olan mükafatımızdır. TowerDefence və PlantsvsZombies oyunlarının öz variantlarının yaradılması və yaxşılaşdırılması üzrə ev işləri fərqli qrafiklərin və həll yollarının işlənmə surəti üzrə bütün rekordları qırır.

Artıq kursun ortasında gənc proqramistlərin təfəkkürlərində çox böyük irəliləyişlər görünür. Böyüklərin tədris zamanı həftədən aya kimi sərf etdikləri şeylərə bizim oyun – tərtibatçılarımız bir neçə dəqiqələrini sərf edir və həmin dəqiqə tətbiq edir və inkişaf etdirirlər.

Kursun tədrisindən sonra, tələbələr istənilən mürəkkəbliyi olan proqramlaşdırmanı asanlıqla öyrənirlər. Özləri böyük məmnuniyyət ilə layihələrin işlənib – hazırlanmasını və inkişaf etdirilməsini öyrənirlər. Məktəb fənlərində müvəffəqiyyətlərinin artması tendensiyası da qeydə alınır. Riyaziyyat, həndəsə, cəbr, rəsmxət, rəsm maksimal ballarla həyata keçirilir. Tədris hissə müdirləri valideynlərin minnətdarlıq zəngləri içərisində üzürlər.

Müəllimlər bu fənni böyük məmnuniyyətlə aparırlar. Axı, həqiqətən də biz hər birimiz daxilən uşağıq və oyunlar oynamağı sevirik.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun