Bakı, Koroğlu Rəhimov, 70

“Gənclər internetdə nifrət nitqinə qarşı” mövzusunda konfrans

unnamed

7 fevral dünyada “Daha Təhlükəsiz İnternet günü” kimi qeyd olunur. Bu gün informasiya kommunikasiya texnologiyaları respublikamızın davamlı və dayanıqlı inkişafının təmin edilməsində və intellektual potensialının gücləndirilməsində əlverişli vasitə olaraq qəbul edilir.

İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətimizə verdiyi yeni imkanlardır. Bu səbəbdən, gənclərin internetdən düzgün istifadə qaydaları, sosial şəbəkələrdə insan hüquqlarının qorunması və nifrət nitqinə qarşı onlayn mübarizə mövzusunda maarifləndirilməsinə ehtiyac vardır.

Qeydiyyat: https://nayora.typeform.com/to/ADnIcj

Tədbirdə yeniyetmə və gənclər arasında təhlükəsiz internet davranışının formalaşması, kibercinayətkarlıq, internetdə insan hüquqlarının pozulması və onunla mübarizə metodları müzakirə olunacaq.

Müzakirələr zamanı əhatə olunan mövzularla bağlı gənclər tərəfindən səsləndirilən fikirlər əsasında təkliflər paketi hazırlanaraq müvafiq dövlət qurumuna təqdim olunacaqdır.

Qeydiyyat: https://nayora.typeform.com/to/ADnIcj

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun