Bakı, Koroğlu Rəhimov, 70

“Gənclər İnternetdə Nifrət Nitqinə Qarşı” mövzusunda konfrans keçirilib.

nayora12

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Step İT Akademiyasının tərəfdaşlığı ilə “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində “Gənclər İnternetdə Nifrət Nitqinə Qarşı” mövzusunda konfrans keçirilib. Konfrans bir sıra informasiya kommunikasiya mütəxəssisləri, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərin iştirakı ilə baş tutub.

nayora4

Tədbir gənclərin internetdən təhlükəsiz istifadəsi və onlayn nifrət nitqi ilə mübarizə metodları mövzusunda maarifləndirilməsi məqsədilə həyata keçirilir.

Tədbirdə spiker qismində “Kaspersky Lab” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Müşfiq Məmmədov, “Microsoft Azərbaycan” şirkətinin nümayəndəsi Emin Axundov və İnformasiya Təhlükəsizliyi üzrə ekspert Vüsal Salmanlı iştirak etmişlər. Konfransda gənclərin internetdən düzgün istifadə qaydaları, sosial şəbəkələrdə insan hüquqlarının qorunması və nifrət nitqinə qarşı onlayn mübarizə mövzusunda müzakirələr keçirilib.

nayora19

Konfransın davamında yeniyetmə və gənclər arasında təhlükəsiz internet davranışının formalaşması, kibercinayətkarlıq, internetdə insan hüquqlarının pozulması və onunla mübarizə metodlarından danışılıb. Müzakirələr zamanı əhatə olunan mövzularla bağlı gənclər tərəfindən səsləndirilən fikirlər əsasında təkliflər paketi hazırlanıb. Hazırlanan təkliflər paketi müvafiq dövlət qurumuna təqdim olunacaqdır.

nayora14

Qeyd edək ki, 7 fevral dünyada “Daha Təhlükəsiz İnternet günü” kimi qeyd olunur. Bu gün informasiya kommunikasiya texnologiyaları respublikamızın davamlı və dayanıqlı inkişafının təmin edilməsində və intellektual potensialının gücləndirilməsində əlverişli vasitə olaraq qəbul edilir.

nayora17

Xatırladaq ki, “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyası Avropa Şurası tərəfindən Gənclər Sektorunda prioritet təşəbbüs kimi reallaşdırılmağa başlamışdır. “Nifrət Nitqinə Yox Hərəkatı” gənclərin onlayn nifrət nitqinə qarşı mübarizə kampaniyasıdır. 2013-cü ildən Gənclər Təşkilatları Milli Şurası “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasına qoşulmuş və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirmişdir.

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun