Bakı, Koroğlu Rəhimov, 70

Gələcəkdə hansı ixtisaslar və iş yerləri qalacaq? 1 – ci Hissə

Bir neçə ildən sonra, vəzifələrin çox hissəsi robotlara və avtomatlaşdırılmış sistemlərə keçəcək. Əmək bazarı ilə nə baş verəcək? Avtomatlaşdırmada uğuru necə qəbul etmək lazımdır? İnsanlarla robotların və botlar arasında iş yerlərini necə bölüşdürəcəyik? Hansı ixtisaslar qalacaq və yenə də tələb olunacaq?

İş yerlərinin avtomatlaşdırılması. Dronlar və robotlar

Avtomatlaşdırılmış iş yeri problemi nə dünən, nə də srağagün yaranmayıb. Kraliça Viktoriya 500 il bundan əvvəl məyus olmuşdu ki, toxuma maşını onun xalqını işsiz qoymuşdu, buna görə də onun kəşfinə patent verilməsinə hər cür mane olmuşdur.

Öz zavodunda iş yerlərini ixtisara salan və avtomobillərin konveyer istehsalını yaradan Henri Forde barəsində eşitmisinizmi?

Avtomatlaşdırma sayəsində, sənaye istehsalı əhəmiyyətli dərəcədə sürətlənmişdir, bəzi proseslər isə daha da sadələşmişdirilmişdir.

Eyni zamanda maşınlar da (lakin əvvəlki maşınlar yox) yeni iş yerləri yaradır. Toxuma maşınları istehsalda olan insanların sayını azaltmışdır, lakin digər tərəfdən digər sahələrdə işçilərə olan tələbatı artırmışdır. Analoji vəziyyət ABŞ – da fermerlər ilə baş vermişdir, onların sayı azalmış, lakin xidmətlər və ofislərə cəlb olunan insanların sayı isə artmışdır.

Gələcəkdə işçilər ilə robotlar arasında iş yerlərinin necə paylanacağını proqnozlaşdırmaq çətindir. İlk növbədə, az maaş alan aşağı ixtisaslı insanlar narahat olmalıdır. Robotlar onları əvəz edəcəklər.

Yaponiyada demək olar ki, artıq satıcılar yoxdur. Bu bizim ölkəmizdə itməsi mümkün olan ilk ixtisasdır. Satıcıları ticarət apparatları ilə əvəz etmək üçün Yaponiyanın bəzi səbəbləri vardır, onlardan biri zəif ixtisaslı işçi qüvvəsinin çatışmamasıdır. Onun çatışmamasının səbəbi isə odur ki, Yaponiya – əhalisi qocalan bir dövlətdir. Yaponların orta yaş həddi – 50 ildir. Buna görə də, satıcı tapmaq çətindir. Həm də Yaponiyada icarə haqqı çox bahadır. Ticarət apparatını və ya vendinq avtomatını qoymaq qənaət baxımından faydalıdır. Azərbaycanda bu avtomatlaşdırılmış satış nöqtələri vardır, lakin çox azdır. Bunlar əsasən kofe satan ticarət avtomatlarıdır. Yaponiyada ticarət avtomatları daha çoxdur. Ticarət sahəsi 90% avtomatlaşdırıla bilər.

Sürücülər, satıcılar, kassirlər, fast-food işçiləri və qeydiyyat şöbəsində işləyənlər – risk zonasındadırlar. Bu proseslər ilk növbədə avtomatlaşdırılır: elektron növbələr, pilotsuz avtomobillər artıq bu gün qəribə sayılmır.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun