STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Biz inanırıq ki, hər kəs front-end tərtibatçı ola bilər. Bu məqsədə çatmaq üçün sizdən yalnız istək, səy və intizam tələb olunur. Qalanını biz öz üzərimizə götürürük.

Dəyərlərimiz

Bizim dəyərlərimiz

STEP IT Academy-də təhsil effektiv tədrisin üç əsas zəruri tərkib hissəsinə əsaslanır

Aktual proqram

Bizim tələbələrin aldığı bilik və bacarıqlar şirkətlərin bu günkü və gələcək tələblərinə uyğun olmalıdır. Buna görə də biz hər altı aydan bir kurs proqramlarına baxır və onları yeniləyirik.

Müəllim-praktiklər

STEP IT Academy-nin müəllimləri – aparıcı İT şirkətlərin minimum 5 il iş təcrübəsi olan mütəxəssisləridir. Dərslərdə tələbələr real praktikadan yalnız aktual bilikləri əldə edirlər.

Dost mühit

Biz müəllim və tələbələrin eyni səviyyədə ünsiyyət qura biləcəyi xüsusi təhsil mühiti yaratmışıq. Bizim təhsil otaqlarımız və laboratoriyalarımız rahat iş yerləri, kompüter texnikaları və lisenziyalı proqram təminatları ilə təchiz edilib.

Kimlər üçün

Proqram kim üçün hazırlanıb

Məktəblilər və məzunlar
(15-18 yaş)

proqramçı olmaq arzunuzu sonraya qoymadan ilk peşənizi almaq

Universitet tələbələri
(18-23 yaş)

universitet təhsili ilə paralel ikinci ixtisası mənimsəmək

Digər peşə təmsilçiləri
(23-55 yaş)

o kəsləri ki, cari karyera və maliyyə perspektivləri qane etmir, proqram təminatı tərtibatçısı ixtisası üzrə yenidən təhsil ala və İT sahəsində karyeralarını qura bilərlər.

IT ixtisasını artıqmaq
istəyən hər kəs

öz biliklərini sistemləşdirəcək və müasir İT-də tələb olunan iş bacarıqları əldə edəcəklər

Tədris

Tədris proqramı

Proqramın IT bazarının real tələbləri əsasında qurulub Bizim metodistlər və müəllimlər daim onların yenilənməsi və yaxşılaşdırılması üzərində işləyirlər ki, STEP IT Academy-nin məzunları şirkətlərin qarşısında özlərini layiqli göstərə bilsinlər.

  • Veb-texnologiyalara giriş. HTML dilinin quruluşu. Mətnin HTML vasitəsilə formatlaşdırılması.
  • CSS vasitəsilə formatlama. Siyahılar. CSS sərhədləri və boşluqları.
  • Materialize. Naviqasiya və Bootstrap
  • Less. Less genişlənməsinin yaranma tarixi, məqsədləri və vəzivələri. Qoşulma və kompilyasiya;
  • Obyekt yönümlü proqramlaşdırmaya giriş;
  • Hasisə. Hadisənin emalı. Ssenarilərdə ssenarilərin emalı.
  • Browser Object Model. Document Object Model;
  • DOM ilə əlaqə
  • Formalar. Formaların tətbiqi. Forma elementlərinin HTML-də yerləşdirilməsi;
  • Formaların doğruluğunun yoxlanması. Cookie-lərin istifadəsi;
  • Canvas vasitəsilə rəsm çəkmə, media-imkanların dəstəklənməsi;
  • JSON, AJAX. Məqsəd və vəzifələr. JSON sintaksisi;
  • ECMAScript 6
  • Modul sınağı;
  • Layihələndirmə patternləri. Layihələndirmə patternlərinin analizində UML-in istifadəsi;
  • MVC patterni. ModelView-Controller patterninin məqsəd və vəzifələri;
  • SOLID klassların layihələndirmə prinsiplər;
  • jQuery kitabxanasına giriş. $ funksiyası vasitəsilə səhifənin elementlərinə giriş;
  • jQuery vasitəsilə hadisə emalçılarının yaradılması;
  • Elementlərin gizlədilməsi və göstərilməsi. Show və hide metodu. Effektlərin yaradılması;
  • REST API. GET və POST üsulunun istifadəsi;
  • jQuery plaqinindən istifadə;
  • Komanda işi, proqram layihələrinin idarə edilməsi;
  • Node.JS proqram platforması;
  • Angular fremvorkundan istifadə
Ətraflı proqramı yükləmək
Bacarıqlar

Kursu bitirdikdən sonra nələri bacaracaqsınız

  • Müasir HTML5 və CSS3 texnologiyalarının istifadəsi ilə web səhifələrin tərtib olunması;
  • Web səhifələrin sınaqdan keçirilməsi, keyfiyyət nəzarətinin həyata keçirilməsi;
  • JavaScript vasitəsi ilə brauzer və HTML səhifə elementlərinin idarə olunması;
  • DOM elementlərinin effektiv idarəsi;
  • Baza animasiyasından istifadə etmək və effektləri idarə etmək;
  • Web 2.0 tipli yüksək keyfiyyətli saytlar yaratmaq;
  • Serverə sinxron və asinxron sorğuların göndərilməsi üçün XmlHttpRequest obyektindən istifadə etmək;
  • Bütün mümkün üsullarla serverə məlumat ötürmək və emal etmək;
  • Məlumatların ötürülməsi üçün JSON istifadə etmək;
  • AJAX tətbiqlərində XML-PRC protokolundan istifadə etmək;
  • MongoDB verilənlər bazasını idarəetmə sistemindən istifadə etmək;
  • Angular fremvorkundan istifadə;
Təhsil formaları

Təhsil formaları

İllik kurslar

ayda 250 azn-dən

İllik kurslar IT təhsilini universitet və ya iş ilə uyğunlaşdırmaq imkanı yaradır. Hər həftə tələbə müəllim tərəfindən konsultasiya alır və fərdi iş üçün elektron dərslər əldə edir. Həmin dərslərdə nəzəi hissə, məsələlərin həll yolları, instkursiyalar, ev tapşırıqları interaktiv videolar və digər materiallar mövcüddur

Azərbaycan

2 semestr - 1 il

15-55 yaş arası

Həftədə 2 dəfə 2 qoşa dərs

Web Dizayner layihəsi

ödənişsiz

Sənaye və İnnovassiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə "Web Layihələrin Yaradılması və Dizaynı" layihəsi

Bu, iki təhsil müəssisəsinin birgə fəaliyyəti çərçivəsində üçüncü tələbə qəbuludur. Tələbələr  ixtisaslaşdırılmış proqram üzrə buraxılışda iki diplom alır: STEP IT   Academy-nin dünyanın 19 ölkəsində tanınan beynəlxalq diplomu və peşə təhsili haqqında dövlət nümunəli diplom.

Hər həftə tələbə müəllim tərəfindən konsultasiya alır və fərdi iş üçün elektron dərslər əldə edir. Həmin dərslərdə nəzəri hissə, məsələlərin həll yolları, instkursiyalar, ev tapşırıqları interaktiv videolar və digər materiallar mövcuddur. 

Qəbul olmaq üçün hansı şərtlərə uyğun olmaq lazımdır?

  • Tam orta təhsil haqqında attestatınız varsa
  • Bundan öncə dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) təhsil almamısınızsa
  • Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) deyilsinizsə

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında qərarını buradan oxuya bilərsiniz - http://bit.ly/2NAVNF3

Azərbaycan

9 ay

16-55 yaş arası

Həftədə 4 dəfə 3 saat

Akademiyada təhsil necə qurulub

STEP IT Academy-də təhsil dəqiq alqoritm üzərində qurulub. Dərslərin əvvəlində siz bilik alırsınız. Həmin biliklərin təcrübədə və ev tapşırıqlarında tətbiqi ilə bacarıq formalaşır. Dəfələrlə yeni bacarığı tətbiq edərək, nümunələri, məsələləri, laboratoriya işlərini, testləri həll edərək, siz bacarığınızı inkişaf etdirirsiniz. Tələbənin bacarığı real layihələrin hazırlanmasına, kurs və diplom işlərinin müdafiəsinə, biznes-yönümlü məsələlərə, müsabiqə və hakatonlarda iştiraka yönləndirildiyi zaman səriştə üzə çıxır. Şirkətə sizin biliyiniz lazım deyil. Ona iş məsələlərinin və biznes-proseslərin həllində səriştəniz lazımdır.

Müəllimlər

Müəllim – praktik mütəxəssislər

Yerli və beynəlxalq İT şirkətlərdə işləyirlər;

Öz startaplarını açırlar; İT-də orta işləmə təcrübəsi – 5 il

Orta müəllimlik təcrübəsi – 2 il

Vahid Qasımov

“Veb layihələrin yaradılması və dizaynı” kafedrasında müəllimdir. Veb layihələrinin yaradılmasına 18 illik təcrübəyə sahibdir ki, onun 14 ilini də dərs verməklə keçirib. Hal-hazırda Bakı Mühəndislik Universiteti və Step IT Academy –nin müəllimidir. O təlimdə real təcrübə, praktika və anlamaya əsaslanır.

Gülnar Cəbrayılova

“Veb layihələrin yaradılması və dizaynı” kafedrasının müəllimidir. Dizayn və veb-texnologiyaları sahəsində 10 ildən artıq iş təcrübəsinə malikdir. Bu illərdən ikisini pedaqoji fəaliyyətə həsr edib. Project Harmony layihəsinin iştirakçısı olub. Qabaqcıl İT şirkətlərdə çalışıb.

Təhsil necə aparılır

Təhsil necə aparılır

STEP-də təhsil elə təşkil edilib ki, tələbə artıq şeylərə diqqətini yayındırmadan öz ixtisasına maksimum daxil olsun. Bizdə yazılı imtahanlar, əzbərlənməli testlər yoxdur. Yalnız dərsin mənimsənilməsini yoxlamaq üçün aralıq testlər. Diplom layihələrinin müdafiəsində İT şirkətlərin nümayəndələri iştirak edir və çalışqan tələbə həmən oradaca yaxşı iş tapa bilər.

Təhsili bitirdikdən sonra tələbələr STEP IT Academy-nin beynəlxalq diplomu ilə təltif olunurlar

Həmçinin tələblər partnyor şirtkərlərin sertifikatlarına yiyələnirlər

Məzunlarımız harada işləyir

Məzunlarımız harada işləyir

Geri zəng sifariş etmək

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat