Bakı, Koroğlu Rəhimov, 70

FEMMES DIGITALES STEP IT Academy-də Beynəlxalq İKT-də qızlar gününü qeyd edib

28 aprel 2017-ci il tarixində Bakıda Beynəlxalq İKT-də qızlar günü münasibətilə tədbir keçirilmişdir. Xatırladaq ki, BMT-nin İKT məsələləri üzrə təşkilatı olan Beynəlxalq Telekommunikasiya Birliyinin (International Telecommunications Union — ITU) qərarına əsasən hər il aprel ayının 4-ü bu sahədə çalışan və təhsil alan qadınların beynəlxalq günü kimi qeyd edilir. Bu il “Azərbaycan qadınlarının İKT Klubu – FEMMES DIGITALES” tərəfindən məktəbli və tələbələrə informasiya texnologiyaları sahəsində peşə inkişafını nümayiş etdirmək məqsədilə bir sıra tədbirlər keçirilmişdir. Bayram çərçivəsində təşkil edilən tədbirlərin tərəfdaşları qismində Beynəlxalq Telekommunikasiya Birliyi və STEP IT Kompüter Akademiyası çıxış etmişdir.

Aprelin 28-də STEP IT Kompüter Akademiyasının konfrans zalında təşkil edilmiş və 200-dək insanın iştirak etdiyi təntənəli tədbirdən savayı FEMMES DIGITALES klubunun nümayəndələri tərəfindən Bakının orta və ali məktəblərində 1000-dən çox qızı əhatə etmiş  çoxsaylı görüşlər zamanı öz biliyini artırmağın, bacarıqlarını təcrübədə sınamağın və İKT sahəsi ilə tanışlıqdan sonra həyatını dəyişməyin yolları ilə bağlı söhbətlər aparılmışdır. Bundan başqa, xanımlar üçün ölkənin İT bazarının ən qabaqcıl şirkətləri olan R.I.S.K. və “Ultra Technologies”ə ekskursiyalar təşkil edilmişdir.

Aprelin 28-u STEP IT Kompüter Akademiyasının tədris siniflərində web-proqramlaşdırma, “Scratch” proqramlaşdırma dili, LEGO robototexnikası, həmçinin, IT və “Adobe Photoshop”la tanışlıq üzrə praktiki seminarlar təşkil edilmişdir. Bundan başqa, “MONT Azerbaijan” şirkətinin nümayəndələri qızlarımızı ən müasir “Microsoft Office 365” ofis paketinin imkanları ilə tanış etmişlər. Tədbirlər zamanı ITU-nun nümayəndələri və digər ölkələrdən olan həmkarlarımızla videokörpülər təşkil edilmişdir. ITU-nun MDB ölkələri üzrə zona bölməsinin koordinatoru Fərid Nəhli FEMMES DIGITALES-in səylərini yüksək qiymətləndirmiş və bu təşəbbüsün beynəlxalq səviyyəyə çıxması üçün öz dəstəyini təklif etmişdir. ASAN xidmətin iş prinsipləri ilə tanış olmaq məqsədilə Azərbaycana səfər etmiş RF-nin Ulyanovsk vilayəti qubernatorunun müşaviri Svetlana Openışeva aprelin 28-i keçirilmiş tədbirin fəxri qonağı olmuşdur.

Beynəlxalq İKT-də qızlar günü bayramı və “Azərbaycan qadınlarının İKT Klubu – FEMMES DIGITALES”in fəaliyyəti bir qismi bu təşəbbüsə ilk dəfə qoşulan çoxsaylı tədbir iştirakçılarına bu maraqlı və dinamik inkişaf edən sahənin yaratdığı karyera imkanlarına fərqli cür baxmağa, ölkənin iri İT şirkətlərində çalışan xanımların iş təcrübəsi ilə tanış olmağa, İT sahəsində uğurlu karyera qurmuş klubun təsisçiləri ilə qeyri-rəsmi şəraitdə söhbətləşməyə imkan yaratmış oldu.

Tədbirin builki sponsor və tərəfdaşları qismində STEP IT Kompüter Akademiyası, “Microsoft Azerbaijan”, “Huawei”, proqram təminatı distribütoru “MONT Azerbaijan”, “Cybernet”, “Azercell” və “B.EST Solutions” şirkətləri olmuşdur. Təşkilati məsələlərdə «ASAN Könüllüləri» İctimai Birliyi öz dəstəyini nümayiş etdirmişdir. Tədbirin sonunda Beynəlxalq İKT-də qızlar gününün bütün iştirakçılarına xatirə hədiyyələri təqdim edilmişdir.

Qeyd edək ki, ITU-nun məlumatlarına əsasən indiyədək Beynəlxalq İKT-də qızlar günü münasibətilə dünyanın 160 ölkəsində təşkil edilmiş 7200 tədbirdə 240 mindən çox qız və gənc qadın iştirak etmişdir.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun