"C proqramlaşdırma dili" kitabının təqdimatı
Ödənişsiz
Koroğlu Rəhimov 70
15-55
"C proqramlaşdırma dili" kitabının təqdimatı
Proqramlaşdırma ilə maraqlanırsız? C proqramlaşdırma dilinin özəlliklərini, xırdalıqlarını öyrənmək istəyirsiz? Onda bu tədbir və bu kitab sizin üçündür!
"C proqramlaşdırma dili" kitabı IT sahəsi üzrə Azərbaycandakı proqramlaşdırma dərsliklərinin zənginləşdirilməsinə dəstək olmaq məqsədilə yaradılmışdır. Kitab C proqramlaşdırma dilinin böyük bir hissəsini əhatə edir. Həm orta və ali təhsil alan tələbələr, həm də proqramlaşdırma biliyini daha da dərinləşdirmək istəyənlər üçün nəzərdə tutulub. Bu kitabı oxuyanların fundamental informatika və riyazi biliklərinin olması vacibdir.
Kitabın müəllifi və təqdimatın spikeri Senior .NET Developer Nahid Camallıdır.
Nahid bəy APERTECH LTD və Megma Marketing Limited şirkətində Senior .NET Developer vəzifəsində çalışıb. Hal hazırda isə CAPGEMINI şirkətində Senior .NET Developer olaraq çalışır.
Təqdimat mərasimi zamanı nələrdən danışılacaq:
✅ Karyeranın ilk addımlarını C/C++ dillərini öyrənərək atmağın faydası.
✅ Dünyadakı əmək bazarında C/C++ dillərinə olan tələbat.
✅ C/C++ dillərini öyrənmə prosesinizi sürətləndirəcək məsləhətlər.
✅ C Proqramlaşdırma Dili kitabı haqqında ətraflı məlumat
Tədbirin sonunda müəllif seçilmiş iştirakçılara kitab hədiyyə edəcək.
⏰ Hamınızı 24 yanvar, saat 19:00-da STEP IT Academy-də gözləyirik!
? Koroğlu Rəhimov 70
QEYDİYYAT MÜTLƏQDİR




