Mühasibatlıq
(077) 307 24 23Mühasibatlıq
(077) 223 22 43STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.
Your browser is out of date!
You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge
Azərbaycan
Başqa ölkə seçməkMühasibatlıq
(077) 307 24 23Mühasibatlıq
(077) 223 22 43Azərbaycan
Başqa ölkə seçmək15-55 yaş arası
Ödənişsiz
Koroğlu Rəhimov 70
Beynəlxalq İnternetdə Təhlükəsizlik günü hər il Fevral ayının ikinci çərşənbə axşamı qeyd olunur. Bu günü xüsusi ilə qeyd etmək 2004-cü ildə Avropa Komissiyası tərəfindən təklif olunmuşdur.
Bu il Internetdə Təhlükəsizlik Gününü STEP IT Academy-də qeyd etmək üçün hamınızı Fevral ayının 8-i saat 19:00-da Akademiyamıza dəvət edirik. Tədbir günü bizimlə internet təhlükəsizliyində ixtisaslaşan yerli və beynəlxalq şirkətlərin nümayəndələri bizimlə olacaq.
Tədbirimizin ilk spikeri, Akademiyamızın təlimçisi, Azərbaycanda və bir sıra ölkələrdə Fortinet şirkətinin təmsilçisi Şaiq Səmədovdur. IT sahəsində 15 ildən çox təcrübəsi olan Şaiq müəllim həm şəbəkə texnologiyaları həm də kibertəhlükəsizlik sahəsində ekspertdir. Sizlərlə kibertəhlükəsizlik sahəsində beynəlxalq şirkətlərin təcrübəsindən və Azərbaycanda kibertəhlükəsizliyin cari vəziyyətindən bəhs edəcək.
Şaiq Səmədov haqda daha ətraflı - https://bit.ly/3ABq3nY
Seminarımızın daha bir spikeri, Veysəloğlu Şirkətlər Qrupunun Şəbəkələr və Kibertəhlükəsizlik departamentinin rəhbəri Pərviz İslamovdur. Kibertəhlükəsizlik sahəsində uzun illər təcrübəsi olan Pərviz bəy Azure Cloud Security, Endpoint Security, Microsoft Intune, Next Generation Firewall, Microsoft 365 Security, və digər texnologiyaları mükəmməl bilir. Seminar zamanı Pərviz bəy sizlərə Azərbaycan şirkələtində kibertəhlükəsizlik peşəsinin sirləri və xüsusiyyətləri, işçilərin gündəlik tapşırıqları və hansı problemləri həll etdiklərindən bəhs edəcək.
Pərviz İslamov haqda daha ətraflı - https://bit.ly/34erGvH
STEP IT Academy-də İnternet Təhlükəsizliyi günü 8 Fevral saat 19:00-da başlayacaq. Tədbir ödənişsizdir və azərbaycan dilində keçiriləcək. İştirak üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir.
Bu sayt Cookies istifadə edir
Məxfilik Siyasəti və Qanuni Məlumat