Peşəkar Kompüter təhsilinin 1 ci semestr tələbələri üçün infosessiya
Ödənişsiz
Koroğlu Rəhimov 70
15-55
Peşəkar Kompüter təhsilinin 1 ci semestr tələbələri üçün infosessiya
Əziz Peşəkar Kompüter Təhsilində oxuyan tələbələr, təhsil keyfiyyətinizin artırılması, müəllimlər və tələbələr arasında məhsuldar əlaqələrin qurulması və növbəti semestra məqsədyönlü keçidin təmin olunması məqsədi ilə sizlər üçün maraqlı bir infosessiya keçirmək qərarına gəldik.
İnfosessiya yanvarın 17-si saat 19:00-da akt zalında keçiriləcək.
Nələrdən danışacayıq:
- Ümumi statistika
- Tələbələrin ən tez-tez üzləşdiyi çətinliklər
- Ev tapşırıqlarının önəmi
- Peşəkar kimdir? Nəyə görə həm şəbəkələri həm proqramlaşdırma əsaslarını bilmək vacibdir?
- Baza semestrın mövzuları ilə ixtisaslaşma proqramının əlaqəsi
- Uğur əldə etmiş tələbələrin təhsil müddəti barədə olan çıxışları
Kimlər çıxış edəcək?
- Məryam Abbas-zadə Poladova - tədris şöbəsinin rəhbəri
- Paşa Rzayev - Şəbəkələr və Kibertəhlükəsizlik kafedrasının təlimçisi
- Oleksandr Malomed - Proqram təminatının yaradılması kafedrasının rəhbəri
Hər birinizi 17 yanvar saat 19:00-da akt zalında gözləyəcəyik. Maraqlı və faydalı bir təbir olacaq.