STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Google Hash Code 2020

20 Fevral

21:30 (Google Hash Code 2020)

Ödənişsiz

Koroğlu Rəhimov 70

Bu il STEP IT Academy Baku, Google Hash Code 2020 müsabiqəsinə ev sahibliyi edəcək bir mərkəz olaraq qeydiyyatdan keçib!

 

Hash Code nədir?
Google-un komandaya işinə əsaslanmış proqramlaşdırma müsabiqəsi olan Hash Code, real Google mühəndislik tapşırıqlarından modelləşdirilmiş bir problemi həll etmək üçün birlikdə işləməklə bacarıqlarınızı bölüşməyə və digər proqramçılarla əlaqə yaratmağa imkan verir! 2-4 nəfərdən ibarət kiçik komandalarda dünyanın müxtəlif nöqtələrindən toplaşan proqramçılar ilk tapşırığı Onlayn Kvalifikasiya mərhələsi zamanı həll edəcəklər. Bu mərhələnin onlayn rejimdə keçirilməsinə baxmayaraq, komandalar bir araya gələrək, yerli Hash Code hub’larında yan-yana rəqabət aparacaqlar. Bu turdan ən yaxşı komandalar hər il keçirilən Hash Code Final Round üçün Google-un beynəlxalq ofisində iştirak etmək üçün dəvət olunur.

 

Bu necə işləyir?
Müsabiqəyə qeydiyyatdan keçdikdən sonra Yoxlama Sisteminə giriş əldə edəcəksiniz. Yoxlama Sistemi komandanızı yaratmaq, hər hansı bir hub-a qoşulmaq, məşq etmək və yarışlar zamanı rəqabət aparacağınız onlayn platformadır. Kvalifikasiya mərhələsində tapşırıq ilə tanış olmaq üçün YouTube-daki canlı yayımımıza baxacaqsınız. Komandanız ilə birlikdə seçdiyiniz proqramlaşdırma dili və digər vasitələri istifadə edərək optimallaşdırma problemini həll etmək üçün dörd saatınız olacaq. Ən yüksək nəticə göstərmiş komandalar Final mərhələsinə Google-un ofisinə dəvət olunacaqlar və digər məsələnin həlli üçün pul mükafatı uğrunda rəqabət aparacaqlar.

 

STEP IT Academy Baku-dan Google Hash Code-a qoşulun. Bizi tapmaq və qeydiyyatdan keçmək üçün bura daxil olun! - https://codingcompetitions.withgoogle.com/hashcode/hubs

 

Komandanın iştirakına və qeydiyyatına dair bütün suallar üçün Google Hashcode FAQ-a buyurun! - https://codingcompetitions.withgoogle.com/hashcode/faq

 

STEP IT Academy Baku-da sizi Google Hash Code 2020 üçün gözləyir!

*Müsabiqə ingilis dilində keçiriləcək!

Geri zəng sifariş etmək

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat