STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Rəqəmsal Dizayn: Yenilənmiş Kafedra və Sərhədsiz İmkanlar

Tədbirə yazılmaq

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

Dizayn və Yüksək Texnologiyalara həvəsi olan hər kəs üçün maraqlı və faydalı olacaq məlumat.

20 May tarixində STEP IT Academy-də baş tutacaq “Rəqəmsal Dizayn: Yenilənmiş Kafedra və Sərhədsiz İmkanlar” tədbirini elan etməkdən məmnunluq hissi duyuruq.

Tədbir günü sizlərə 2D-Dizayn və Uİ/UX üzrə master klasslar həmçinin VR/AR texnologiyası ilə yaxından tanış olmaq fürsəti yaradılacaq. Əlavə olaraq dizaynda mövcud olan ən son tendensiyalar haqqında,  İT sahəsinin aparıcı mütəxəssisləri ilə təcrübə və fikir mübadiləsi apara biləcəksiniz.

Tədbirin əsas məqsədi, Rəqəmsal Dizayna maraq göstərən hər kəsi bu sahə ilə tanış etmək, ona maraq oyatmaq, bilik toplamaq və toplanılan bilikləri real həyatda istifadə etməkdir. STEP İT Academy sizə Böyük gələcəyə doğru kiçik addımı atmaqda yardımçı olacaq.

Tədbirin proqramına daxildir:

✅ Akademiya ilə tanışlıq və ekskursiya
✅ UI/UX və 2D Dizayn üzrə masterklasslar
✅ VR texnologiyaları ilə tanışlıq və üzərində sınaqdan keçirmək imkanı
✅ Kofe və çay fasiləsi
✅ Tədbirin sonunda sahə peşakarları ilə fikir mübadiləsi

Master klasslar: 

📌 Uİ/UX üzrə master klass:

- UX / UI dizaynı nədir, onu necə və harada tətbiq etmək olar.
- Figma Software ilə tanışlıq, onun rəqiblərlə müqayisədə güclü tərəfləri
- Dizaynerin öhdəliklərinə nələr daxildir?
- Mental Health mövzusunda Mobil proqramın dizaynı

Master klassın təlimçisi Rauf Vəliyevdir.
O Uİ/UX sahəsində dörd ildən çox iş təcrübəsinə malikdir və bu müddət ərzində O, tanınmış şirkətlərlə əməkdaşlıq edib, onlardan bəziləri Amazon və Harvard Tibb Universitetidir.
Ən böyük sərbəst mübadilə şirkətlərindən biri olan Upwork tərəfindən keçirilmiş qiymətləndirməyə görə, Rauf Vəliyev Azərbaycanda ən yaxşı üç Dizaynerlərdən biridir.

📌 2D Dizayn / Kitab üçün üz qabıqı üzrə master klass:

- Qrafik Dizayn nədir və harada istifadə olunur?
- Dizaynerin şəxsi keyfiyyətləri
- Dizaynda rəng və yazı anlayışı
- Adobe Photoshop proqram ilə tanışlıq (software)
- Adobe Photoshop proqramında: yeni səhifənin yaradılması, alətlərlə iş, kitab üzü üçün səhifə ölçüsünün təyin edilməsi, rəng və yazı növünün seçilməsi, dizaynın yaradılması, faylın (pdf, tiff formatında) yaddaşda saxlanması.

Master klassın təlimçisi  Bəxtiyarova Arzu

Arzu xanım Dizayn sahəsində 8 ildir ki, Qrafik Dizayner kimi fəaliyyət göstərir.
Təhsil aldığı illər ərzində artıq Qrafik Dizayner kimi, Creative Solution şirkətində çalışırdı. 
Eyni zamanda Azerbaijan Digital Art School’da Qrafik Dizayn üzrə tədris fəaliyyəti ilə məşğul olurdu.Və artıq 4 ildir ki, həm Dizayner və Step İT Academy -də müəllim kimi çalışır.

❇️ Master klasslar əsasən praktika üzərində qurulub və Akademiyada təhsil almayan, 14 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

📌 Fikir mübadiləsi

Tədbirin spikerləri:

  Məhərrəmov Kamran:

 15 ildən çoxdur ki Dizayn sahəsi üzrə təcrübəyə malikdir. Ukraynanın Kiyev   şəhərində təcrübəli peşə mütəxəssisləri tərəfindən keçirilən treninqlarda   iştirak etmişdir. Rusiyanın Moskva şəhərində, Design Thinking üzrə   keçirilmiş beynəlxalq forumda, Rambler, MailRu Group, Accenture və digər   nəhəng şirkətlərinin mütəxəssisləri tərəfindən biliklər toplamışdır. Yandex   Moscow ofisinə dəvət almış, oradaki iş prinsipi ilə tanış olmuşdur.   Portuqaliyanın Lissabon şəhərində keçirilən, 35 ölkədən çox və 400 nəfərə   dək iştirakçısı olan Beynəlxalq UX Pro's tədbirində, Azərbaycanı təmsil edən Dizayner kimi iştirak etmişdir. Qeyd olunanlardan əlavə 20-yə yaxın Dizayn   üzrə sertifikatlara sahibdir. Hal-hazırda Azər Türk Bank ASC-də Baş UI/UX   Dizayner və STEP İT Academy-də Rəqəmsal Dizayn kafedrasının Müdiri   vəzifəsində çalışır.
 

 

 

 

 

 

 

 

Mirzəyev Toğrul:

Ümumilikdə 12 ildən çox Bankçılıq sferası üzrə təcrübəyə malikdir. 2017-ci ildən etibarən Almaniyanın Frankfurt şəhərində Digital Banking, İtaliyanın Roma şəhərində Digital solutions and payments, Türkiyənin İstanbul şəhərində Digital solutions for Banking və digər nəhəng şirkətlərin təşkilatçılıq etdiyi treninqlərdə iştirak etmişdir. Project Management İnstitutu tərəfindən təqdim olunan “Professional Project Manegement”(PMP) sertifikatına yiyələnmişdir. Bundan əlavə aparıcı ödəniş sistemlərinin (Mastercard, Visa və s.) dəvəti ilə workshoplarda iştirak edib, təcrübə mübadilə aparmışdır. Hal-hazırda Bank of Baku ASC-də Rəqəmsal Bankçıllıq şöbəsinin müdiri və Azərbaycan Dövlət İqtisad Universitetində müəllim vəzifəsində çalışır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tədbir maraqlı və faydalı olmasından əlavə, ziyarət edən hər kəsə unudulmaz təcrübə bəxş edəcək!

Hamınızı 20 May 16:00-da, STEP IT Akademiyada gözləyirik!

Koroğlu Rəhimov,70

Qeydiyyat mütləqdir

Tədbirə yazılmaq

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

İlk dərslər

“Front-end” istiqaməti üzrə dərslər iyulun 10-dan başlayır

Ətraflı

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat