STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

Freepik ilə görüş (tələbələr üçün)

Tədbirə yazılmaq

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

Yalnız STEP IT Academy tələbələri üçün!

Kompüter Qrafikası və Dizayn ixtisasındə təhsil alan, Rəqəmsal Fotokursunda təhsil alan hər kəs üçün əla xəbərimiz var. "Freepik Azerbaijan – 2019" öncəsi Freepik platforması Akademiyamızın tələbələrini işgüzar görüşə dəvət edir.

Görüşün keçirilməsində əsas məqsəd STEP IT Academy-də təhsil alan tələbələrə Freepikin nə olduğunu, ölkəmiz və gələcək dizaynerlər və fotoqraflar üçün faydalarını izah etməkdir. 

Tədbirin spikeri Freepik platformasının Azərbaycan üzrə səfiri Balaş Mirzəbəydir. Ali təhsilini Azərbaycanda aldıqdan sonra, Türkiyədə 3D Akademidə dizayn təhsili almışdır. Star GSM, Şirin, Koroğlu, Tokay, Konfiterra, İtaliya Mebel Evi kimi şirkətlərdə fəaliyyət göstərmişdir. Bundan sonra Rubicon Agency-də Art direktor, daha sonra isə Maxy Group şirkətinin təsisçisi olmuşdur. 2015-2018-ci illərdə Azər Türk Bankın Marketinq departamentində baş dizayner kimi fəaliyyət göstərmişdir.  2017-ci ildə Californiada San Franciscoda keçirilən Digital Marketing Conference-da dünya üzrə 2-ci yerə çıxmışdır. Hal hazırda Kapital Bankın Marketinq Departamentində eyni vəzifə üzrə fəaliyyət göstərir. 2018-ci ildən etibarən Freepik Beynəlxalq Dizayn şirkətinin ölkə üzrə Səfiri təyin edilmişdir.

Tədbirdə nələr müzakirə olunacaq:

 

  • Freepik nədir?
  • Freppik gələcək dizayner və fotoqraflara necə yardımçı ola bilər?
  • Dizayner və ya fotoqraf olduqdan sonra işləri Freepik patformasına necə yükləyib pul qazanmaq olar?

 

Freepik gəlir gətirən art platformalardan biridir. İlk dəfə 2010-cu ildə Alejandro və Pablo qardaşları ilə birgə Joaquin Cuenca tərəfindən yaradılıb. Freepik, yalnız dizayn sahəsi ilə maraqlananlar üçün deyil, bir çox insanlar üçün yararlıdır. Təqdim olunarkən 3 nəfərlə başlayan bu komanda, hazırda İspaniyanın Malaqa şəhərində 100 nəfər əməkdaş və müxtəlif ölkələrdə təyin etdiyi səfirlərlə təmsil olunur. Freepik saytının aylıq giriş sayı 190 ölkə üzrə 30 milyon istifadəçidən artıqdır. İstifadəçiyə birbaşa çata bilən bu platforma, işini yerləşdirməklə satış edən müəlliflərə gəlir gətirir.

Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçin!

 

Tədbirə yazılmaq

phone_validation_text
Х ХХХ ХХХ-ХХ-ХХ

İlk dərslər

“Front-end” istiqaməti üzrə dərslər iyulun 10-dan başlayır

Ətraflı

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat