Bakı, Koroğlu Rəhimov, 70

Eurodesign şirkəti ilə görüş

Akademiyamızın 2-ci və 3-cü semestr tələbələri! Bildiyiniz kimi biz yerli və beynəlxalq şirkətlərlə sizin iş ilə təmin olunmanız üçün görüşlər keçirir və müqavilələr imzalayırıq. Məqsədimizdə növbəti görüşümüz, və sizin bilik və bacarıqlarınızda maraqlı olan daha bir şirkət Azərbaycan bazarında ən böyük layihələrə imza atan Eurodesign şirkətidir. Şirkətin sizlər üçün real iş təklifi var, buna görə bütün maraqlanan tələbələrin görüşə gəlməsi vacibdir. 

Görüş zamanı nələr baş verəcək?

  • Eurodesign şirkətinin təqdimatı
  • Tələbələrimiz üçün hazırlanmış iş təkliflərinin təqdimatı
  • Eurodesign və STEP IT Academy arasında memorandumun imzalanması

Tədbir 18 may saat 19:00-da Akademiyanın akt zalında baş tutacaq. 

Hamınızı tədbirdə gözləyirik!

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun