Bakı, Koroğlu Rəhimov, 70

Azərbaycanlı Golden Byte Qalibləri: “E-Tap” 1 yer

Mənim adım Bəhruz İbrahimovdur. Mən E-Tap komandasının rəhbəri və investoram, Elvin – kreativ direktordur, Orxan isə – PR menecerdir.

Bizim layihəmiz məndən, daha dəqiq desək, mənim öz əşyalarımı itirmək kimi “eksklüziv” bacarığımdan başladı. Bu məni itirilmiş əşyalar bürosunu yaratmağa vadar etdi. Elvin və Orxan da mənə qoşuldular. Hər şey Facebook-dan, itirilən əşyaların elan olunduğu adi bir səhifədən başladı. Daha sonralar sayt açdıq ki, bu günədək tapıntılar bürosu kimi fəaliyyət göstərir.  Lakin insanlar, çox zaman öz itirdikləri əşyaları tapmaq üçün bütün tapılan əşyalar barəsindəki paylaşımlara baxmağa ərinirlər, daha rahat olardı ki, bir insanın itirdiyi əşyaya oxşar göstəriciləri olan əşyalar tapılan zaman, insanlara həmin tapıntılar barəsində xəbərdarlıqlar gəlsin. Məhz buna görə də biz mobil cihazlara proqram yazmağı planlaşdırırıq.

Tezliklə biz, internetdən Akademiya barəsində eşitdik və öyrəndik ki, Azərbaycanda Golden Byte çempionatlığı keçiriləcək. Düşünərək, qərara gəldik ki, iştirak edək və seçim mərhələsindən sonra biz regional finala keçdik. Ay ərzində bir çox görüşlər keçirdik, Bakı Bürosu ilə müqavilə imzaladıq, rəqiblərimiz güclü idi, lakin biz nailiyyəti əldə etdik.

Regional turnirdə öz əlavələri və saytları olan çox güclü rəqiblərimiz var idi. Biz qızıl medal qazanan zaman şok içərisində idik. Lakin sevincə və şənliyə vaxt yox idi, belə ki, qarşıda Kiyev, beynəlxalq final var idi və öz dövlətimizi və Step İT Akademiyasını layiqincə təmsil etmək üçün ikiqat işləmək lazım idi. Biz hazırlıqlara başladıq, bizə Akademiyanın müəllimləri kömək etdi, buna görə onlara dərin minnətdarlığımızı çatdırırıq. Bizim nominasiyamızda 11 iştirakçı var idi. Biz öz layihəmizi 7-ci təqdim etdik, münsiflər heyəti bizim layihəmizi bəyəndi və onlar tərəfindən bir çox suallar verildi. Növbəti gün – qalibi elan edən zaman, regional mərhələdə baş verən hal təkrarlandı – biz düşünürdük ki, 2 və ya 3-cü yeri tutacaqdıq,çünki rəqiblərimiz çox güclü idi. Bizim layihəmiz ona görə qalib gəldi ki, böyük auditoriyanı əhatə edirdi və daha qlobal idi. Bu hisləri sözlə ifadə etmək olmaz. Kiyevdəki Golden Byte çempionatlığından sonra, STEP Kompüter Akademiyası Avroviziyada itmiş əşyalar bürosu olmaqda bizə yardım etmək qərarına gəldi və indi bu istiqamətdə danışıqlar aparırıq. Qələbədən və Bakıya gəldikdən sonra bizi Xəzər TV-nın “Axtaran Tapar” proqramına dəvət etdilər və bizə əməkdaşlıq təklif etdilər.

Golden Byte Çempionatlığında iştirak və orada qalibiyyət bizə bundan sonra inkişaf etməyimiz üçün çox böyük motivasiya və inkişafımızda böyük Addım oldu.

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun