Bakı, Koroğlu Rəhimov, 70

Dizaynerə İT sahəsində necə iş axtarmalı?

Bir çox İT şirkətlərin e-poçtuna dizaynerlərin cv-si gəlir. Əlbəttə ki, bunu boşuna göndərmirlər, dizaynerlər üçün yerləşdirilən vakansiyalara uyğun olaraq göndərirlər. Elə məsələ də burasındadır ki, məhz dizaynerlərin cv-ləri gəlir, çox nadir hallarda portfolio göndərilir. Yəqin ki, İT dünyasından bir çox işəgötürənlərin öz “dizayner məktubları” kolleksiyası mövcuddur. Lakin bu məqalədə əsas insan faktorunun müzakirəsi deyil. Əsas, dizaynerlərə prosesin bütün tərəfləri üzrə zamana qənaət etmələrinə imkan verən məsləhətlərin verilməsidir. Bir çoxlarına bu məsləhətlər  çox mənasız (məhz belədir) görünə bilər, ancaq bu məsləhətlərin heç biri səbəbsiz yerə yazılmayıb.

Məsləhət 1.

Məktubu portfoliosuz göndərmək lazım deyil.

Bu məktubların faiz dərəcəsi elə də çox deyil, ancaq yenə mövcuddurlar. Axtaranlar olur, ancaq onlar da sadəcə olaraq harda işlədiklərini, oxuduqlarını yazır və əlavə edirlər ki, məlumat maraqlandırsa portfolionu göndərə bilərlər.  Əslində bu cür məktub çox çətin ki, kimisə maraqlandıra bilər.

Məsləhət 2.

Yadda saxlayın ki, dizaynerin təhsili, yaşı və hətta iş təcrübəsi kimi məlumatlar işəgötürəni hər şeydən az maraqlandırır.

Əslində qərar ver bilmək üçün ona sadəcə olaraq əməkdaşın portfoliosu lazımdır. Buna görə də sadəcə onu göndərmək lazımdır! Məsələn, əgər Britaniyada oxumusunuzsa, belə halda təhsili xüsusi olaraq qeyd edə bilərsiniz.  Ancaq özlüyündə yaxşı olan bu fakt da portfolionu əvəz edə bilməz. Rəssamlıq kursları və ya texniki universitetlərdə olan informasiya dizayn fakültələri haqqında isə yazmasaz da olar.   

Məsləhət 3.

Portfolioya baxışı çox rahat etmək.  

Sadəcə olaraq anlamanız lazımdır ki, siz portfolionuzu gün ərzində onlarla bu cür portfoliolara baxan insana göndərirsiniz. Ona 400 mb ölçüsündə PDF yerləşən fayl paylaşma keçid linkini göndərmək lazım deyil. Portfolionuzu nümayiş etdirmək üçün pulsuz saytlardan birini istifadə edərək işi daha da asanlaşdıra bilərsiniz.

Ya da, portfolio kimi məktuba əlavə edilmiş kiçik PDF fayldan da istifadə etmək olar. Hətta ona əlavə edilmiş şəkillərdən də istifadə etmək olar. Ancaq arxivləşdirmədən. Başqa bir yaxşı variant da yayımlanan işlərə üç-dörd ədəd məktubda keçid link yerləşdirməkdir.  Bu da kifayət edəcək.

Məsləhət 4.

Portfolioda vurğuları düzgün yerləşdirmək lazımdır.

Əgər siz UX/UI sahəsində mütəxəssis vəzifəsinə müraciət edirsinizsə, o zaman özünüz hazırlamış olduğunuz loqonu göstərməyə ehtiyac yoxdur. Təbii ki, nunun özü də bir üstünlük ola bilər, ancaq portfolionuzu açaqn işəgötürənə ilk olaraq  saytların maketini (tətbiqat, interfeys və s) göstərməlisiniz.

Məsləhət 5.

Az iş təcrübəsi – bəraət qazandırmır.

Qeyd edək ki, əgər daha öncə sizin maraqlı layihələrlə böyük müştəriləriniz olmayıbsa və sizin hələ  ciddi bir studiyada çalışmaq üçün imkanınız olmayıbsa, bu o demək deyil ki, sizin yaxşı işləriniz olmur.  Siz Nike şirkətində çalışmaq istəyərdinizmi? O zaman Nike üçün sayt yaradın. Əslində iş özlüyündə çox yaxşıdırsa, işəgötürən üçün heç bir fərqi yoxdur ki, bu layihə real müştərinin sifarişi ilə hansısa konkret bir iş üçün edilib ya yox.

Məsləhət 6.

Test tapşırığından imtina etmək lazım deyil.

Namizədlər çoxdur, hər zaman onların imkanlarını yalnız portfolio üzərindən qiymətləndirmə təcrübəsi olmur. Test tapşırıqları belə olan halda – seçim üçün lazımi alətdir. Ancaq “ödəniş edilməyən test tapşırıqlarını öhdəmə götürmürəm” kimi cavablar da sizi öz qiymətini bilən mütəxəssis kimi göstərmir. Ancaq əgər sizin test tapşırığını təklif edən studiyaya güvəniniz yoxdursa o zaman onlarla işləməyə çalışmayın. 

Məsləhət 7.

Mənfəət dalınca qaçmayın, gücü dəyərləndirin.

Təcrübə fərqli olur, o cümlədən mənfi təcrübə də olur, əsasən də dizayn sahəsində.  Əgər son 10 il ərzində çox da keyfiyyətli məhsul istehsal etməyən studiyada çalışmısınızsa, bu o demək deyil ki,  bunu böyük təcrübə kimi iddia edərək, art direktor vəzifəsinə can ata bilərsiniz.  Bir il yaxşı studiyada stajyer kimi çalışmaq, on il pis studiyada direktor olmaqdan daha yaxşıdır.  

Əsas yadda saxlamaq lazımdır ki, səbr və əmək hər şeyi təmizləyəcək!

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun