STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Tələbələrimizin STEP IT Academy-də keçirilən distant dərslərlə bağlı fikirləri

19.12.2020

221 blog_count_views_1

COVID-19 pandemiyası artıq həyatımızın bir hissəsinə çevrilib. Lakin bu dəfə biz daha hazırlıqlı idik. İlk karantin dövründə qazandığımız təcrübə, problemsiz və sərgüzəştsiz bütün istiqamətlərdə distant təhsilə qayıtmağımıza kömək etdi! Tələbələrimizin distant təhsil haqqında fikirlərini sizə təqdim etmək istəyirik.

 

Aylin Vahabova - Proqram Təminatının Yaradılması / Bootcamp

 

 

Bu, STEP IT Academy-də artıq ikinci distant təhsil almağımdı və sözün düzü inanılmaz bir təcrübədir. Yaratdıqları MyStat sistemi çox mütəşəkkil və öyrənməyi asanlaşdıran xüsusiyyətlərlə doludur. Üstəlik, yazılmış bir dərsi oturub nəzərdən keçirə bilmək ev tapşırıqlarını verməkdə çox faydalıdır. Tədris materiallarından və müəllimlərimin dəstəyindən çox şey əldə edirəm. İlk təcrübəm o qədər yaxşı oldu ki, peşəkar kursa yazıldım. Çox sağ olun!

 

 

İlkin Məmmədov - Kompüter Qrafikası və Dizayn

 

 

Distant təhsil, vaxtıma və puluma qənaət etməkdə üstünlükdü. Mənim üçün həm rahat, həmdə virusla əlaqəli daha təhlükəsizdi. Yalnız foto kurs dərsimiz, distant təhsildə rahat deyil, buna görə karantin bitənə gədər,bu dərsi təxirə saldıq!

 

 

Asif Rzayev - Proqram Təminatının Yaradılması

 

 

Hamımız bilirik ki, qlobal pandemiya səbəbindən bütün təhsil prosesləri distant formaya keçib. STEP IT  Academy də istisna deyil. Akademiyada distant təhsil Martın 20-si  başladı. Gözəl bir hiss idi: əlinizdə bir fincan çay, rahat kresloda öz kompüterinizdə işləmək. Lakin, canlı dərsləri heç nə əvəz edə bilməz. İlk karantində Akademiyanın distant təhsilin təşkili ilə problemləri də var idi: əlaqənin kəsilməyi və s. Mənə elə gəlir ki, Akademiya distant təhsilin təşkilində qəşəng bir atmosfer yaradib. Üstəlik distant təhsildə ən çox xoşuma gələn şey dərsdən sonra bir müddət qalmağımız və müəllimlə, qrupumuzla işimizi davam etdirməyimiz idi. Həmişə demişəm ki, proqramlaşdırma həyatımın mənasıdır, çox zövq aldığım bir şeydi. Heç bir səbəb olmadan sevdiyin bir şeydən imtina edən bir insan təsəvvür edə bilmieəm. Proqramlaşdırmağı sevirəm, IT sahəsini sevirəm və dərslərin hansı formada aparılması mənim üçün önəmli deyil. STEP IT  Academy-nin onlayn dərsləri barədə təəssüratlarım müsbətdir. Bu yaşda STEP kimi böyük bir ailənin bir hissəsi olmağımdan ötrü çox sevinirəm. 

 

 

İlqar Şahverdiyev - Kiçik Kompüter Akademiyası

 

 

Məncə distant təhsil daha yaxşıdır, çünkü STEP IT  Academy-yə uzaq olanlar var və buna görə digər dərslərin ortasından çıxıb Step-ə yola çıxır, amma distant təhsil sayəsində dərsləri tam bitirdiktən sonra STEP 'in başladığı vaxtda dərsə girmək olur. Distant təhsil sayəsində canlı olaraq gəlsək də eyni şeyləri başa düşürük, yəni distant olsada hər şey eynən anlaşılır. Distant təhsil həyatımıza girdiktən STEP IT  Academy-dəki bütün müəllimlər dərsi video formatında çəkir bəzən müəllimlər təlim materiyallarında olmayan bilgiləri başa salanda və uşaqlar birşeyi başa düşməsələr və ya unutsalar videonu online şəkildə izləyə bilərlər. 



author_about_title:

IT STEP Academy

Robotexnika və robotlar

Robototexnika — texnologiya ilə bağlı bir sahəsi olaraq, robotoları, onların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir.

Robototexnika — texnologiya ilə bağlı bir sahəsi olaraq, robotoları, onların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını, informasiya emalı üçün yaradılan kompüter sistemlərini öyrənir. Robotexnika sahəsi getdikcə bütün dünyada  dahada populyar olur.Avtomatik maşınlar istehsal etmək arzusu və ideyası çox daha əvvələ gedib çıxır. Leonardo Da Vinçi robot konstruksiyası üçün eskizlər və planlar hazırlayıb. İnsanlar həmişə tapşırıqları yerinə yetirə və ya onlarla qarşılıqlı əlaqə qura bilən maşınlar yaratmaqla heyran olmuşlar.     Thomas Christaller-ə görə, robotlar "insan imkanlarını genişləndirməyə imkan verən sensor mühərrikləri olan maşınlardır". Robotlar mexatronik komponentlər, sensorlar və kompüter əsaslı idarəetmə funksiyalarından ibarətdir. Robot texnikası dizayn, istehsal v

ШАГ логотип

Uşaqlar üçün yaradılmış 4 proqramlaşdırma dili

Digital bir dünyaya göz açan uşaqların-bu istiqamətdə inkişafları çox asan olacaq. Texnologiyayla iç-içə yaşayacağımlz günlərə doğru irəlilədikcə düzgün istiqamət seçmək çox əhəmiyyətlidir.

Digital bir dünyaya göz açan uşaqların-bu istiqamətdə inkişafları çox asan olacaq. Texnologiyayla iç-içə yaşayacağımlz günlərə doğru irəlilədikcə düzgün istiqamət seçmək çox əhəmiyyətlidir.   Onlar səy göstərərək proqramlaşma bacarıqlarına sahib olarlarsa, gələcəkdə bunu bacarmayanlardan daha üstün olacaqlar. 4 yaşından 12 yaşınadək kiçik yaşlı uşaqlar üçün bu proqramlaşma dillərini tövsiyyə edərdim:   Scratch.     Massaçusets Texnologiya Universitetinin “Lifelong Kindergarten Lab” tərəfindən yaradılan proqramlaşdırma dilidir. Uşaqlara proqramlaşmanı öyrətməyə başlamanın ən yaxşı dili məhz budur. Öyrənilməsi asan olması ilə yanaşı, valideynlər üçün də təlimat və vəsaitləri də mövcuddur. Scratch real animasiyaların hazırlanması, p

ШАГ логотип

Robototexnika və süni intellekt haqda maraqlı faktlar

Süni intellekt intellektual maşın yaratmağı, xüsusən yalnız insanlara məxsus olduğu düşünülən yaradıcı fəaliyyətlə məşğul ola bilən intellektual proqram yaratmağı özünə məqsəd götürmüş elm və texnologiyadır. Bu elm həmdə insan intellektinin araşdırılması kimi də başa düşülür.

Süni intellekt, robotexnika və dron mühəndislərinin ABŞ-da aylıq orta hesabla 11,000 dollar qazandığını bilirdiniz? Azyaşlılar isə erkən yaşda texniki biliklər əldə edərək öz gələcəyini indidən qura bilərlər.   Süni intellekt intellektual maşın yaratmağı, xüsusən yalnız insanlara məxsus olduğu düşünülən yaradıcı fəaliyyətlə məşğul ola bilən intellektual proqram yaratmağı özünə məqsəd götürmüş elm və texnologiyadır. Bu elm həmdə insan intellektinin araşdırılması kimi də başa düşülür.   Süni intellektlər haqqında maraqlı faktlar Süni inttelktlərin istifadə olunduğu ağıllı sistemlərdə əksər hallarda qadın səslərindən istifadə olunur. 997-ci ildə Deep Blue adlı komputer məşhur şahmat çempionu Harri Kasparovu məğlub edib 2015-ci ildə Yaponya tədqiqatçıları bildiriblər ki, &ou

ШАГ логотип

Uşaqlar proqramlaşdırmanı niyə öyrənməlidirlər?

Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri proqramlaşdırma dillərinin vacibliyini bildikləri üçün təhsil sisteminin bir hissəsi halına gətiriblər.

Siz bilirsiniz indi proqramlaşdırma tədris proqramlarının oxu və yazı bacarıqları qədər vacibdir? Bəzən valideynlər düşünür ki, humanitar yönümlü uşaqlara proqramlaşdırma öyrənmək lazım deyil. Əslində isə bu belə deyil. Proqramlaşdırma hər bir uşağın intellektini, faydalı universal bacarıqlarını inkişaf etdirir. Gələcəkdə harada işləmələrindən asılı olmayaraq onlara bu bacarıqlar lazım olacaq, onlara sonsuz imkanlar açacaqdır. Jan Piajen illər öncə  təhsilini hədəfini-"digər nəsillərin etdiklərini təkrarlayan deyil, yeniliklər edə bilən fərdlər yetişdirmək” kimi vermişdi. Artıq gənc nəsil keçmişdə öyrəndiklərini tətbiq etməməli, özü yeniliklər yaratmalıdır.     Kompüter əsri olduğu üçün hər bir şagirdin kompüter bilikləri nə qədər yüksək olarsa, onun yeniliklər yaratmaq ba

ШАГ логотип

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat