STEP IT Academy! 1999-cu ildən bəri öyrənirik. Süni intellektlə əvəz edilməsi mümkün olmayan proqramçı, dizayner və sistem mühəndisləri hazırlayırıq. Bunun üçün profil üzrə dərin biliklərdən əlavə, məsələləri baş düşməyi, hazır layihələr formasında düşünməyi və komandada işləməyi öyrədirik.

Your browser is out of date!

You are using an outdated browser Internet Explorer. This version of the browser does not support many modern technologies, that's why many pages of the website are not displayed correctly, and may not work some of functions . We recommend viewing the website using the latest versions of the browsers Google Chrome, Safari, Mozilla Firefox, Opera, Microsoft Edge

ШАГ логотип

Sayt yaratmağı sıfırdan necə öyrənmək olar?

17.08.2019

1035 baxışlar

İstənilən işdə ən mühim amil ideya və onun həyata keçirilməsinin üsullarının tapılmasıdır. Yaradılacaq saytın xarici görünüşü haqda təsəvvürünüz varsa, sizə saytların sıfırdan yaradılması dərslərində təlim almaq və əsas mərhələlərin müəyyən edilməsindən başqa heç nə lazım deyil.

Hər mərhələnin öz xüsusiyyəti var və onu keçmək üçün müəyyən biliklərin olması zəruridir. Bunun öhdəsindən necə (müstəqil şəkildə və ya kənar müdaxilə ilə) gələ biliməyinizi müəyyən etmək üçün bu mərhələləri bir-bir nəzərdən keçirək.

 

Dizayn və tərtibat

Birinci mərhələdə siz yaradılacaq saytınızın xarici görünüşünü, onun rəng və çalarlarını, üslubunu, məlumat bloklarının yerləşəcəyi mövqelərini təyin edirsiniz. Bəzi hallarda yaradılacaq saytın əsası kimi Adobe Photoshop, Corel Draw və ya digər qrafik redaktorda yaradılmış təsvirdən istifadə olunur. Lakin sayt yaradılması tədrisi bununla yekunlaşmır: cəlbedici olmaqla bərabər sayt yüksək dərəcəli vizual funksionallığa da malik olmalıdır. Bundan əlavə, mürəkkəb interaktiv sayt yaratmaq üçün siz Adobe Photoshop-da təkrarolunmaz təsvirlər yaratmağı da bacarmalısınız. Burada siz hazır şablonlardan da istifadə edə bilərsiniz.

 

HTML səhifələrinin yaradılması

 

 

Saytın dizaynı hazır olduqdan sonrakı mərhələ səhifələrin kodlarşdırılması ilə bağlıdır. Bu o deməkdir ki, bu mərhələdə bütün elementləri dizayna uyğun yerləşdirmək lazım gələcək. Sadə saytların hazırlanmasında bəzən birinci mərhələni, yəni dizaynın hazırlanmasını buraxıb birbaşa ikinci mərhələyə keçirlər. Lakin mürəkkəb saytlarda bu mərhələlərin ikisini də keçmək zəruridir.

HTML dilində yaradılmış səhifələr istənilən saytın əsasını təşkil edirlər. Funksional sayt yaratmaq üçün bu mərhələdə siz xüsusilə diqqətli olmalısınız. HTML səhifəsi necə yaradılır? Bunu etməyin iki yolu var: 1) Windows-un tərkibindəki "Bloknot" adlanan sadə proqramdan (redaktordan) istifadə 2) Sayt yaratmaq üçün nəzərdə tutulmuş xüsusi vizual redaktordan istifadə.

"Bloknot" mətn redaktorundan istifadə edilməsi yalnız proqramlaşdırma dilini çox yaxşı bilənlərə aiddir. İkinci halda isə proqramlaşdırma dilinin xırdalıqları deyil, əsaslarını bilmək də kifayətdir. "Bloknot" mətn redaktorunun əvəzinə "Word" mətn redaktoru da istifadə oluna bilər. Lakin burada yazılmış kod optimal olmadığından və istifadə çətinlikləri törətdiyindən, peşəkarlar müvafiq vizual redaktorlardan istifadə etməyi tövsiyə edirlər.

 

Proqramlaşdırma: təkmilləşdirimə və xırdalıqların əlavə edilməsi.

 

Sadə funksiyalı sayt yaradanlar adətən bu mərhələdən yan keçirlər. Lakin saytınıza interaktiv funksiyalar, çatlar, səsvermə və forum əlavə edərək onu daha cəlbedici etmək istəyirsinizsə, əlavə bir proqramlaşdırma dilini bilməyiniz zəruridir.

Dediyimiz kimi, proqramın kodu “Bloknot”da və ya daha funksional redaktorda yazılır. Bunu müstəqil şəkildə etmək çox çətindir. İstəsəniz, İnternetdə rast gələn hazır scriptlərdən istifadə edə bilərsiniz (onları, sadəcə olaraq, öz saytınıza yerləşdirməyiniz gərəkdir)

 

İnternet marketinq biznesinə təkan verir

Yeni məhsulun satışa çıxarılması haqda necə xəbər tutursunuz? Adətən siz bu məhsul haqda məlumatı reklamdan, internetdən, qonum-qonşudan alırsınız. Bu üsulla da İnternet marketinq saytınız haqda başqalarını məlumatlandırır.

Bütün mərhələlər bir-birlə ilə sıx əlaqəli olduğundan, siz saytın reklamı və irəliləməsi haqda artıq onun dizaynının və strukturunun hazırlanması mərhələlərində düşünməlisiniz. Çox uzatmaq lazım deyil, bizim kurslara gəlin və hər mərhələnin xırdalıqlarını həm nəzəri, həm də praktiki cəhətdən öyrənin.

Kursu bitirdikdən sonra siz müstəqil şəkildə sıfırdan sayt yaratmağı, onun inkişaf strategiyasını qurmağı və öz məhsul və ya xidmətinizi internet məkanında uğurla təqdim etməyi bacaracaqsınız.



Müəllif::

IT STEP Academy

Birlikdə bərabərliyə doğru: STEP IT Academy və Femmes Digitales qızlarıın İT sahəsinə cəlb edilməsi üçün birləşir

İT sahəsində gender asimmetriyası çoxdan nəzərə çarpır: belə ki, kişilərin sayı qadınlardan daha çoxdur. Səbəblərdən biri cəmiyyətdə və ailədə stereotiplərin olmasıdır: valideynlər çox vaxt qızları üçün ənənəvi olaraq “qadın” sənəti sayılan istiqamətləri seçirlər. Beləliklə, qızlar erkən uşaqlıq vaxtlarından nadir hallarda İT və texnologiya dünyası ilə tanış olmaq imkanı əldə edirlər. Uşaq yaşı maraqların, ambisiyaların və bacarıqların formalaşmasında çox vacib rol oynayır. Qızlara bu yaşda İT sahəsində təhsil almaq imkanı verilməsə, onlar bu sahəyə maraqlarını heç vaxt aşkarlaya bilməzlər. Bu problem təkcə imkanların bərabər olmasıyla deyil, həm də iqtisadiyyatımızın, bütövlükdə isə cəmiyyətimizin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Əhalinin yarısını belə

ШАГ логотип

DevOps kimdir: peşənin təhlili

1. DevOps kimdir: fikirlər müxtəlifdir. 2. DevOps-a proqramlaşdırma lazımdırmı? 3. DevOps Python-dan necə yararlanır? 4. İstinad tezisləri.

Bu məqalədə biz DevOps engineer-in işinin mahiyyətindən bəhs etməyə çalışmışıq. Material proqramlaşdırmağa yeni başlayanlar və bu peşə ilə maraqlananlar üçün yazılmışdır. İnternetdə bu barədə ən müxtəlif fikirlər var. Mövzunu müxtəlif baxış bucaqlarından nəzərdən keçirək. DevOps kimdir: fikirlər müxtəlifdir Proqramçılar dünyasında DevOps-un nə və ya kim olduğuna dair 2 fikir var. Hər bir fikrin öz tərəfdarları və tənqidçiləri var. DevOps bir fəlsəfədir. 10-15 il əvvəl tərtibatçılar proqramın işlək olmasına, administratorlar isə həmin proqramın server vasitəsilə istifadəçiyə çatmasına cavabdeh idilər. Əvvəllər səhv düzəltmək üçün çox vaxt lazım olurdu. Sistem administratoru mesajı proqramçıya ötürürdü və ona problemi izah edirdi. Proqram&c

ШАГ логотип

Layihə meneceri (PM) kimdir və nə üçün o istənilən layihənin baş mütəxəssisdir

1. Layihə meneceri nə işlə məşğul olur. 1.1. Müştərilərlə sövdələşmə. 1. 2. Komandanın yığılması. 1. 3. Texniki tapşırıqların tərtibi. 1. 4. Komanda daxilində gedən proseslərə nəzarət. 1. 5. Nəticələrin müştərilərə təqdim edilməsi. 2. Yaxşı bir layihə meneceri olmaq üçün nələri bilmək lazımdır. 3. Öyrənməyə necə başlamalı.

Çox zaman İT şirkətlərində layihəni bir neçə nəfər icra edir. İT-də proqram tərtibatçıları və test edələr birlikdə işləyir, kopirayterlər, dizaynerlər, SMM mütəxəssisləri və marketoloqlar isə internet mətnləri üzərində işləyir. Layihə üzərində 5-50 mütəxəssis işləyə bilər. Şirkət kiçik olduqda, bütün işləri adətən onun rəhbəri idarə edir: prioritetləri müəyyən edir, əməkdaşlarla danışır və işi qəbul edir. Vaxt məhdud və ya şirkət böyük olduqda şirkətdə layihə meneceri fəaliyyət göstərir. Məqalədə siz layihə menecerinin vəzifələri və bacarmalı olduqları ilə tanış olacaqsınız. Layihə meneceri nə işlə məşğul olur Mütəxəssislər qrupuna rəhbərlik edən, iş bölgüsünü aparan və nəticəni qəbul edən bir insan təsəvvür edin. Bundan sonra o, müştəri ilə əlaqə qu

ШАГ логотип

İT-də analitik düşüncə istedad deyil, zəruri bacarıqdır.

1. Analitik düşüncə nədir. 2. Sürətli düşüncə çox vaxt aldadıcı olur. 3. Analitik düşüncə də mükəmməl deyil. 4. Nə zaman sürətli, nə zaman isə analitik düşüncədən istifadə etməli. 4.1. Analitik düşüncə harada tətbiq olunur. 4. 2. Sürətli düşüncə harada tətbiq olunur. 5. Analitik düşüncəni necə inkişaf etdirməli

Work Styles qeyd edir ki, analitik düşüncə İT peşələrində tələbat baxımından 100 xaldan 97-sini toplayır. Dərindən düşünmək və məsələləri anlamaq istedaddır yoxsa qazanılmış vərdiş? Məqaləmiz Nobel mükafatı laureatı Daniel Kahnemanın tədqiqatlarına əsaslanır. Analitik düşüncə nədir Müəyyən hallarda niyə tez qərar verdiyimizi, digərlərində isə niyə uzun müddət düşünməli olduğumuzu anlamağa bizə Daniel Kahnemanın ümumi düşüncə konsepsiyası kömək edəcək. İnsan beyni iki düşüncə sistemində işləyir: sürətli (1-ci sistem) və asta (2-ci sistem). Sürətli sistem hər gün avtomatik qəbul etdiyimiz qərarlardır. Avtomobili yol hərəkəti qaydalarına uyğun idarə və park etmək. Reklam lövhəsinə baxaraq təklif olunan malı almaq və ya almamaqla bağlı qərar qəbul etmək. Yazışma zamanı mesaj

ШАГ логотип

İlk dərslər

“Front-end” istiqaməti üzrə dərslər iyulun 10-dan başlayır

Ətraflı

Bu sayt Cookies istifadə edir

Məxfilik Siyasəti və Qanuni Məlumat