Bakı, Koroğlu Rəhimov, 70

Uşaqlar proqramlaşdırmada

kidsprogramming

IT sahəsi o qədər populyarlaşıb ki artıq özünə bütün yaşda olan insanları cəlb edir – uşaqlardan qocalara qədər. Biz sizə 4 unikal uşaq haqda danışmaq istəyirik. Onlar öz erkən yaşla artıq proqramlaşdırılma ilə məşquldurlar, və hətta bundan pul da qazanırlar. 

 

Tomas Suarez, 12 yaş, iOS developer

suarez

12 yaşlı Tomas iOS üçün tətbiqlər tərtib edir. 1999-cu ildə anadan olmuş Tom, artıq iki tətbiq layihəsini uğurla başa çatdırıb. Onlar «EARTH FORTUNE» və «BUSTIN JIEBER» adlanırlar.

Cordan Keysi, 15 yaş, iOS developer

keysi

Cordan Keysi İrlandiyanın Uoterford qraflığındandır. O iPhone və iPad üçün Alien Ball vs. Humans oyununu tərtib edib.  Cordan 9 yaşından HTML üzərində öz veb saytlarını yaradıb, sonra isə internetdə proqramlaşdırma üzrə kitablar tapmışdı. O vaxtdan Cordanın ən böyük arzusu öz Casey Games adlı şirkətini yaradıb Xbox və PlayStation Vita üçün oyunlar tərtib etməkdir. Cordan deyir ki: “Mən böyük korporasiyada işləmək istəmirəm. Mən sadəcə oyunlar yaradıb insanları sevindirmək istəyirəm.”

Yelena Denisenko, 19 yaş, Luxoftda Team Lead

denisenko

Yelenanın 19 yaşı var və  proqramlaşdırma haqda kifayət qədər böyük biliklərə malikdir. Hal hazırda F# dilində proqramlaşdırır. Onun soyadı isə bir neçə böyük F#-tərtibatçılar konfransında çəkilmişdir.  

Yaroslav Vıqovski, 16 yaş, Front-End developer:

yaroslav

 

Balaca əyalət şəhərindən olan məktəblinin oyun yaratmaq arzusu o qədər böyük idi ki, onun interneti, yaxşı videokartı və İT sahəsində dostları olmadığına baxmayaraq o təkbaşına proqramlaşdırma və 3D-ni öyrənməyə başladı. Yaroslav proqramçı kimi işə artıq 10-cu sinifdə düzəlmişdir. 

Elm və mühəndislik ilə maraqlanan uşaqların sayı həddindən artıq çoxdur. Bəzən bu qədər böyük potensial ümumiyyətlə heç vaxt aşkar olunmur! Bütün uşaqlar istedadlıdırlar, bəzən onların bacarıqları ad günlərində hədiyyə olunmuş robot, proqramlaşdırma kursu, rəqəmsal mikroskop və ya teleskop ilə aşkarlana bilər. 

 

 

 

 

А у нас 19 декабря день открых дверей. Хотите вышлем Вам пригласительный?


Bəli
Xeyir
Подробнее

Zəhmət olmasa formu doldurun


Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun


Təstiq üçün sms-kodu daxil edin