Bakı, Koroğlu Rəhimov, 70

Qrafik dizayner olmaq üçün 6 vacib addım (I hissə)

illustracii-graficheskiy-dizain

İncəsənət aləminə doğru getməyi özünüz üçün müəyyənləşdirdiyinizdən sonra başa düşməlisiniz ki “ac rəssam” olmağınız mütləq deyil. Qrafik dizayner olmaqla siz həm öz rəsm super-bacarıqlarınızı reallaşdıra, həm də özünüzü maaddi cəhətdən təmin edə bilərsiniz.

Siz müstəqil frilanser, kreativ agentlik komandasının üzvü və ya hər hansı bir şirkətin dizayneri kimi çalışa bilərsiniz.

Bu yazıda siz qrafik dizayner olmaq üçün atacağınız bəzi  vacib addımları tapacaqsınız.

1. Əsaslar

 

Qrafik dizayner olmaq üçün sizə dizayn haqda müəyyən əsas biliklərə yiyələnmək gərəkdir. Sizə qrafik dizaynın tarixi ilə tanış olmaq, koloristikanın əsaslarını, maketləşdirmənin, tipoqrafikanın və rəngin əsaslarını öyrənmək gərəkdir.

Həm də ki dizayn mühiti hər zaman dəyişir və inkişaf edir, ona görə trendlərdən xəbərli olmanız da lazımdır.

2. İstiqamət seçimi

Choice-sign

Bəzi qrafik dizaynerlər yalnız çap təminatı sahəsində işləyirlər və flayer, jurnal kitab kimi çap məhsullarının dizaynı ilə məşqul olurlar. Eyni zamanda digərləri rəqəmsal dünyanın dizaynında özünü tapır. Həmçinin müxtəlif məhsulların dizaynı ilə də məşqul olmaq olar, bu o deməkdir ki, sizin yaradıcılığınız hər bir əşyanın üzərində peyda ola bilər: bu içki şüşələrindən başlayaraq kitab, tekstil, skateboard və geyim də ola bilər.

Bəzi dizaynerlər konkret bir sektorda işləryirlər, məsələn farmasevtik şirkət üçün şəkillər, diaqramlar, texniki qrafiklər və digər daxili işlər üçün vizuallar yaradır.

Qrafik dizaynın hansı sektorunda işləmək istədiyinizi düşünərkən öz maraq sahənizi iş həcmini və  maaddi marağınızı mütləq nəzərə alın. Bu üç parametr sahədən sahəyə dəyişirlər.

3.Yaradıcı prosess və strategiya 

becreative

Müşdərilərin çoxu dizaynerə sifariş verərkən onlardan nə istədiklərini bildirmirlər. Yeganə istədikləri şey “professional bir iş”-dir. Məhz buna görə dizayner məqsədlər fundamentini, müşdərinin strategiya və brendinqini aydın görməli, və sonra onların əsasında layihə konsepsiyasını qurmalıdır.

Məsələn müşdərilər öz loqolarının necə görmək istədiklərini bilməyə bilərlər. Ona görə siz, müəyyən bir araşdırma keçirib öz fantaziyanız və araşdırma nəticələrinin yekunu olaraq həm standartlara uyğun olan bir iş təqdim etməlisiniz.

 

Ardı var 🙂

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun