Bakı, Koroğlu Rəhimov, 70

IT sahəsinə gəlmək: 5 addım

5-steps-to-it

Müasir dünyada proqramlaşdırma savadın əsas hissələrindən biri hesab olunur. Oxumaq, yazmaq, hesablamaqla yanaşı insalar maşınlarla davranışın əsaslarını da başa Texnologiyalar bazarda qlobal dəyişiklilərə yol açır və biznes üçün çox önəmlidir.

Bu gün proqramlaşdırma xüsusi düşüncə və hətta həyat tərzidir. Proqramlaşdırma – maşınlar və cihazlara necə davranmalarının izahıdır. Ətrafınıza baxın: sizi kompüterlər və elekron cihazlar əhatə edir. Proqramçı maşına necə işləmək və nə etməsini başa saldıqdan sonra, Google Maps və 2gis istiqamət almağı bacara biləcək, Trip Advisor hara gedəcəyinizi haqıında məsləhət verəcək, Uber isə qapınıza taksini göndərəcək.

İT-də işləmək və innovativ məhsullar yaratmaq istəyənlər üçün, texnologiya və innovassiyalar da gələcəyini görən, və ümumiyyətlə peşəsini dəyişmək istəyən hər kəs üçün kiçik plan təqdim edirik.

Addım №1

Təhsil almaq: alqoritmlərlə düşünmək və populyar proqramlaşdırma dilini öyrənmək. İT təzə gələnlər üçün isə təcrübəli müəllim və yaxşı proqramı olan, uyğun kurs tapmaq.

Diplomun əldə edilməsi, o demək deyilk ki başqa heçnə etmək lazım deyil. Hər halda təkminləşmək, inkişaf etmək və peşəkar olmaq üçün böyümək lazımdır, yəni texnologiyaları öyrənmək, və bu sahədə yeniliklər haqda xəbərdar olmaq gərəkdir.

Addım № 2

Developer və proqramçı olmaq istəyən hər kəs praktika əldə etmək üçün yüzlərlə saatı praktiki məşğələlər üçün ayırmalıdır. Effektiv təhsilin əsas prinsiplərindən biri – parallel təhsil və təcrübədir.

Layihələrdə, startaplarda, xakatonlarda və müsabiqələrdə iştirak etmək – təcrübə qazanmağın və inkişafın əsasıdır.

Addım № 3

İngilis dilini öyrənmək. Yeni texnologiyaların bütün sənədləşdirməsi ingilis dilindədir. İlk oxuyan udur prinsipi ilə işləyin. Oxumayıb tərcüməni gözləyənlər isə ciddi şəkildə gecikə və trenddən uzaq qala bilərlər. Həm də ki çoxsaylı proqramlaşdırma ədəbiyyatı hələ də tərcümə olunmayıb və nə nəşriyyatlar bu tapşırıqla sadəcə bacarmayacaqlar. Ona görə bilik və məsələhətlərin çoxu sadəcə sizdən yan keçə bilər.

Addım № 4

Analitik bacarıqlarınızı inkişaf etdirmək.Kodun bir hissəsindən daha böyük bir görünüşünüzün olması, istifadəçilər, sifarişçilər və istifadə olunan texnologiyalar haqda düşünmək məhsulunuzu dəfələrlə təkminləşdirəcək.

Addım № 5 

İT şirkətlərdə gözləri işıldayan və enerjili insanlar lazımdır. Öz aktivliyinizi göstərin: yeni yanaşmalar təklif edin, hərəkət edin, və hərəkətlərinizə görə cavabdeh olun. Məsuliyyət ayrı-ayrılıqda və çox yüksək qiymətləndirilir.

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun