Bakı, Koroğlu Rəhimov, 70

CISCO sertifikasiyası nədir?

certified

 

Don Fild (Microsoft Learning məhsullarının təşviqi üzrə baş direktor): “Ümumi fonda seçilmək üçün İT mütəxəssislər hazırlaşıb sertifikasiyadan keçməlidirlər”.

Cisco şirkətinin sertifikasiyası İT sahəsində ən prestijli sertifikasiyalardan hesab olunur. Cisconu digər vendorların sertifikasiya sistemlərindən fərqləndirən cəhəti odur ki, Cisco imtahanlarında standart test suallardan əlavə simulyasiya və virtual avadanlığın quraşdırılması kimi tapşırıqlar mövcuddur.

Cisco texnologiyaları üzrə sertifikarlaşdırılmış mütəxəssislər İT personal bazarında xüsusi yer tuturlar: artıq birinci il deyil ki, onlar dünyada ən tələb olunan və ən yüksək qiymətləndirilən mütəxəssislərdir. Öz sahəsində böyük avtoritetə sahib olan Cisco peşəkar sertifikatları hesablama sistemlərində mütəxəssis uğurunun dəyərli və ölçülə bilinən sübutu hesab olunur. Bu sübut həm mütəxəssislərin özləri üçün həm də işlədikləri şirkət üçün böyük göstərici hesab olunur.

2007-09-cisco-ccna

İT sertifikatlaşdırılma imtahanları ilə ingilis dili sertifikatlaşdırılma imtahanları arasında gözə çarpan analogiya var. Siz ingilis dilini yaxşı bilə bilərsiniz, lakin sizin dili bilməyinizi sübut edən, beynəlxalq səviyyədə tanınan sənədiniz olmaya bilər.

Heç kimə sirr deyil ki imtahanlara hazırlaşmaq və testi keçmək ucuz deyil. HeadHunter-in keçirdiyi son sorğuya əsasən pul çatışmazlığı sertifikatlaşdırmaya doğru gedən yolda ən böyük maneyədir. Nəyə görə sertifikatınız yoxdur sualına cavab verən sorğu iştirakçılarının çoxu məhz imtahanı vermək üçün vəsait çatışmazlığına işarə edirdirlər.

Resume.jpg

Əlbəttə ki imtahanı baha və ya lazımsız hesab edirsinizsə, çoxlu material öyrənib və oxuyub imtahanı verməmək də olar.  Sizin imtahanlara qarşı münasibətiniz işəgötürəni o qədər də maraqlandırmır. Onun üçün əhəmiyyətli olan, sizin reallıqda təqdim etdiyiniz bacarıqlara sahib olmanızdır. Bəli, sertifikat iş zəmanəti vermir, amma peşəkarlığınızı sübut edən əlavə yardımçı vasitədən niyə imtina edirsiniz ki?

Siz yaxşı mütəxəssissinizsə, özünüzə yeni imtahanı ödəmək üçün vəsaitinis mütləq olacaq, həmin pulu bir neçə aydan sonra artıqlamasi ilə qaytaracaqsınız.

P.S Bizim Akademiyanın tələbələri Cisco sertifikatlaşdırma imtahanlarını böyük endirimlə verə bilirlər.

А у нас 19 декабря день открых дверей. Хотите вышлем Вам пригласительный?


Bəli
Xeyir
Подробнее

Zəhmət olmasa formu doldurun


Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun


Təstiq üçün sms-kodu daxil edin