Bakı, Koroğlu Rəhimov, 70

Beynəlxalq İKT-də qızlar Günü: “Let’s try IT”

Əziz qızlar, “Femmes Digitales” Sizi, Beynəlxalq İKT-də qızlar Gününü birlikdə qeyd etməyə dəvət edir!
Bu tədbir İKT sahəsində çalışan, yaxud təhsil alan, bu sahəni seçmək istəyən, həmçinin, öz peşəsini dəyişərək yeni sahədə inkişaf etmək istəyən qızları birəşdirəcək!
Builki tədbirimiz daha interaktiv və praktiki olacaq. İstəyən hər bir kəsə İT istiqamətlərindən biri üzrə tədris almaq, öz bacarıqlarını praktiki olaraq, nümayiş etdirmək, yeni sahə ilə tanış olmaq və öz həyatını dəyişmək imkanı yaradılacaq!
Tədbir çərçivəsində aşağıdakı istiqamətlər üzrə praktiki “workshop” sessiyaları keçiriləcək:

WEB proqramlaşdırma:
1) HTML aktivləşdirmə ilə tanışlıq;
2) CSS vasitəsilə səhifənin üslublaşdırılması;
3) JavaScript vasitəsilə interaktivliyin əlavə edilməsi;
4) Səhifənin kontentlə (fotoşəkil, məlumat) doldurulması;
5) Səhifənin hostinqə yüklənməsi.

SCRATCH:
1. SCRATCH proqramının interfeysi və əmr qrupları. Geriyə hərəkət.
2. Birinci proqramımız – “Qaçan pişik”.
3. Səhnə, “Sprite”, kostyum və səs.
4. Klavişlərin idarə edilməsi. Şərt və sensorlar.
5. Səs və musiqi.
6. “Rəqs edən körpə”.

ROBOTOTEXNİKA (LEGO):
1. Robotların növləri və təyinatları.
2. LEGO MINDSTORM robotları ilə tanışlıq.
3. Robotların nizami (xətti) hərəkətlərinin proqramlaşdırılması.
4. Robotlar müsabiqəsi.

IT START:
1. Kompüterin ümumi arxitekturası.
2. Kompüterin sökülməsi və yığılması.
3. Windows 10 ilə tanışlıq.
4. Internet. Google interfeysi ilə iş və ümumi anlayışlar.

Adobe Photoshop. Posterin yaradılması:
1. Proqramın interfeysi ilə ilkin tanışlıq.
2. Sənədin ölçüsünün qrafiki anlayışı
3. Düzəliş alətləri.
4. Primitivlərlə şəkil çəkmə.
5. Mətn aləti
6. Rəng seçimi
7. Qatlarla iş.
8. Yadda saxlama.

Praktiki hissədən sonra baş tutacaq nahar fasiləsi zamanı klubun təsisçisi olan İT sahəsində uğurlu karyera qurmağı bacarmış qadınlarla qeyri-rəsmi şəraitdə ünsiyyətdə olmaq imkanı qazanacaqsınız.
Bütün tədbir iştirakçıları tərəfdaş və sponsorlardan xatirə hədiyyələri alacaqlar.
Tədbirin rəsmi tərədaşı STEP IT Academy Azerbaijan

 

İştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır – https://goo.gl/z66IHR

İştirak pulsuzdur.
Yerlər məhduddur. Qeydiyyat üçün son tarix – 26.04.2017 15:00

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun