Bakı, Koroğlu Rəhimov, 70

“Azərikard” və “STEP IT Academy” əməkdaşlıq haqqında memorandum imzaladılar

6 mart 2019-cu il tarixində “Azərikard” prossesinq mərkəzinin Baş direktoru Fərid Quliyev və “STEP IT Academy” təhsil müəssisənin Baş direktoru Aleksey Sleptsov tərəfindən əməkdaşlıq haqqında memorandum imzalandı. Bu əməkdaşlığın məqsədi informasiya texnologiyaları sahəsinin və onların təhsilə inteqrasiyasının birgə inkişafı, həmçinin təhsil müəssisələri ilə əməkdaşlıq etməklə “Azərikard” şirkətinin gənc mütəxəssislərə dəstək olması, habelə karyera imkanları yaratmaqdır. Memorandum çərçivəsində birgə əməkdaşlıq gənclərin inkişafı üçün yeni imkanlar açacaqdır.

“Azərikard” MasterCard, Visa, American Express, UPI, JCB və Diner’s Club beynəlxalq ödəniş sistemləri tərəfindən tam sertifikatlaşdırılmış ölkənin ilk və ən böyük  prossesinq mərkəzidir. Hal-hazırda “Azərikard” Azərbaycanda və onun hüdudları xaricində 21 banka prossesinq xidməti göstərir. 22 ildir ki, tam kart prosessinq mərkəzi kimi uğurla fəaliyyət göstərən “AzəriKard” yeni və müasir dövrün  tələblərinə uyğun layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.

“STEP IT Academy” 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşan beynəlxalq təhsil müəssisəsidir. Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 18 ölkəsində fəaliyyət göstərir. Hazırda Akademiyanın bütün filiallarından 85 000 tələbə məzun olub, 30 000 tələbə təhsil alır.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun