Bakı, Koroğlu Rəhimov, 70

Azərbaycanlı Golden Byte Qalibləri: Vaqif Rüstəmov 1 yer

Mənim adım Vaqifdir. Mən İT STEP Akademiyasının tələbəsi və GoldenByte beynəlxalq müsabiqəsinin CharacterDesign nominasiyası üzrə qalibəm.Uşaqlıqdan komikslər çəkirəm, komikslər və super qəhrəman mövzulu oyunlarla maraqlanıram. Hər zaman öz rəsm bacarıqlarımı təkmilləşdirməyə çalışmışam, bu mənim hobbim olub. İqtisadiyyat fakultəsinə daxil olmaqla, mən anladım ki, bu heç də mənlik deyil.

Həyatımı kökündən dəyişmək və öz hobbimi ixtisasa çevirmək qərarına gəldim. İT STEP Akademiyasının “Kompüter qrafikası və dizayn” ixtisasına qəbul oldum. Akademiyada yarım il oxuyaraq, püxtələşdim və yaxşı biliklər qazandım. GoldenByte çempionatlığı barəsində öyrəndim. Əvvəlcə buna çox şübhə ilə yanaşdım, özümə, qalib gələcəyimə inanmırdım. GoldenByte nominasiyalarına baxarkən, CharacterDesign nominasiyasını gördüm. Bu məhz mənim məşğul olduğum sahə idi. Düşündüm ki, mən heç olmazsa bu yarışda iştirak etməliyəm, axı qələbə əsas deyil.

Qeydiyyat zamanı mən artıq birinci mərhələyə yubanmışdım və öz personajımın eskizi və cızmaqarası və onun barəsində qısa təsviri ilə birlikdə ərizəmi verdim. Bu personajı yaradan zaman, hələ mövcud olmayan nəsə yenilik yaratmaq istəmişdim, axı bu sənaye çox inkişaf etmişdir və yeni bir şey düşünmək çox çətin idi. Başımda fərqli variantlar düşünərək, təbiətdə, canlı aləmdə yeni ideya axtarırdım, düşünürdüm daha çox bəyəniləsi və təəccübləndirici nə ola bilər.

Və Şerşen variantında dayandım. Bu, öz növünə görə ən iri və həddən artıq gözəl olan eşşək arısının cinslərindən biridir. Personajı yaradan zaman, onun xarici görünüşünü və xüsusiyyətlərini, yüksək fiziologiyasını, gücünü, sürətini və davamiyyətini əsas kimi götürdüm. Personajın iki növ kostyumu vardır: hərbi təchizat və daha təkmilləşdirilmiş texnologiya ilə təchizat, bunun köməyi ilə personaj həm həşəratlar, həm də insanlar ilə ümumi xüsusiyyətləri olan mutanta çevrilə bilərdi. Ona müharibədə kömək edən bir çox texnoloji üstünlüklər – bir çox qadjetlər vardır. Tamailə yeni imkanları və unikal görünüşü ilə mənim personajım dünyanın xilas olunması və qəhrəmanların müdafiəsi üçün hansısa rolda olacaq. Lakin onun, antiqəhrəman tərəfləri də vardır, digər qəhrəmanları da məhv yoxsa əfv etməyin lazım olduğunu anlaması üçün onun heç bir mənəvi  əsasları və anlayışı yoxdur. Bu personajdan tamamilə fərqli sahələrdə, habelə müasir superqəhrəmanlar kimi istifadə etmək olar: multfilmlərdə, oyunlarda, komikslərdə. Tətbiq sahəsi çox genişdir.

Seçim mərhələsi günü gəlib çatdı. Mən öz layihəm ilə münsiflər heyətinin qarşısında çıxış etdim, onlar mənim super qəhrəmanımı çox bəyənmişdilər. Həddən artıq çox maraqlı layihələr var idi, mənim nominsiyam üzrə Azərbaycanın final mərhələsinə 3 nəfər keçdi. Mən regional finalı qazandım və qızıl medal alaraq, Kiyevdə keçiriləcək beynəlxalq finala göndərildim!

Artıq Kiyevdəki finala mən personajın vizual hissəsini hazırladım. Onu Photoshop proqramında vizuallaşdırdım, belə ki, mən bu proqramı professional səviyyədə bilirəm, ona görə ki, akademiyada bizə bu proqramı öyrətmişdilər və göstərmək istəyirdim ki, yalnız Photoshopu bilməklə, yaxşı nəticələr əldə etmək olar.

Və budur, mən Kiyevdəyəm. Müsabiqə bir gün çəkdi, ikinci gün mükafanlandırma baş tutdu. Biz öz layihələrimizi nümayiş etdirirdik, münsiflər heyəti çox suallar verirdilər. Demək olar ki, mən tənqid eşitmədim. Yalnız gələcək inkişaf yolum üzrə bir az məsləhətlər verdilər ki, bu məni çox ruhlandırdı.

Rəqabət çox güclü idi, təxminən 15 nəfər idik, rəqiblərin hər biri çox maraqlı layihələri ilə mükəmməl idilər. Hətta bizdən hansımızın mükafat qazanacağını fərz etmək belə çətin idi. Münsiflər heyəti nəticələri səsləndirən zaman mənim reaksiyamı və sevincimi təsəvvür edin və mən birinci yeri tutdum! Mən qalibəm!

GoldenByte müsabiqəsində qələbə mənə öz hobbimin gələcək inkişafı üçün çox güclü dəstək və ruh verdi. Mən qəti surətdə bu istiqamətdə inkişaf etməliyəm, çünki, mən növbəti ilki müsabiqədə də iştirak etməyi planlaşdırıram. Artıq bəzi ideyalarım vardır, yalnız Akademiyada əlavə instrumentləri öyrənmək qalır ki, bu mənə öz düşüncələrimi daha güclü layihədə təsvir etməyimə imkan verəcək.

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun