Bakı, Koroğlu Rəhimov, 70

Azərbaycanı beynəlxalq arenada təmsil edəcək Golden Byte Yarışmasının finalçıları müəyyənləşdi

Mayın 4-də STEP IT Academy Azerbaijan-da Golden Byte yarışmasının Regional finalı keçirilib. Həmin gün müsabiqənin münsiflər heyəti müxtəlif nominasiyalar üzrə qalibləri müəyyən ediblər. Onlardan 7-i üzrə olan qaliblər Kiyevdə Beynəlxalq final üçün iştirak edəcək.  

Tədbirdə yarışmanın iştirakçıları, onların yaxınları, münsiflər heyətinin üzvləri və layihənin sponsorları iştirak ediblər.

Tədbirin başlanğıcında Azərbaycanda Golden Byte layihəsinin rəhbəri Yusif Qənbərov yarışma haqqında ətraflı məlumat verərək qeyd edib ki, “GoldenByte”  Beynəlxalq İT yarışması  yeni ideya və istedadların axtarışı üçün startap sənaye platforması hesab olunur.

O bildirmişdir ki, “Yarışmanın əsas məqsədləri – gənc mütəxəssisləri innovasiya və biznes ideyalarını tətbiq etmək, investorlara kömək etmək və güclü layihələrin axtarışı üçün pul vəsaitlərini təşviq etmək üçün stimullaşdırmaqdır.  Golde Byte” gənc İT mütəxəssislərinə sözügedən sahənin peşəkarlarından faydalı məsləhətlər almaq, yeni əlaqələr qurmaq və ən əsası öz layihələrinə investisiya cəlb etmək üçün alternativ platformadır”.

Xatırladaq ki, Golden Byte Beynəlxalq yarışması 2008-ci il STEP IT akademiya  tərəfindən yaradılmışdır və bu il artıq 10-cu dəfədir ki, keçirilir.  Yarışmanın keçirildiyi bütün tarixlər üzrə 60 mindən çox insan iştirak edib, 7 mindən çox layihə maliyyə dəstəyi alıb. Bu il yarışmada 11 ölkə iştirak edir.

Yarışmanın uduş fondu isə 20 min dollardır.

Keçən il Azərbaycan Beynəlxalq finalda 6 nominasiyada iştirak edib ki, onlardan 4-də 2 qızıl və 2 bürünc medal qazanmışdır. Keçən il olan yarışmanın qalibləri Vaqif Rüstəmov və Bəhruz İbrahimov da tədbirdə iştirak edərək Golden Byte-in hazırkı iştirakçılarına uğur arzuladı.  Qeyd edək ki, Azərbaycan ikinci dəfədir ki, konkursda iştirak edir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və əməkdaşlıq şöbəsi rəhbərinin müavini Nigar İsmayılzadə öz çıxışında, sözügedən çempionatda ölkəmizin iştirakının vacibliyini qeyd etdi. Nigar İsmayılzadə iştirakçıları təbrik edərək vurğuladı ki, elə iştirak etməyin özü də bir uğurdur. “Belə ki, gələcəyimiz bu yarışma iştirakçılarının əlindədir, çünki XXI əsr kəşflər və yeniliklər əsridir “.

Daha sonra səhnəyə yarışmanın baş sponsoru olan və finalçıların Kiyevə səfərini təmin edən AzerTelecom şirkətinin kommersiya üzrə direktoru Ləman Abbasbəyli dəvət edildi. O şirkətin rəhbərliyi adından bütün yarış iştirakçılarını təbrik etdi və vurğuladı ki,  bu layihə AzerTelecom və Step IT Academy arasında ilk əməkdaşlıqdır və gələcəkdə şirkətlər təhsil sektorunun inkişafına yönəlmiş digər layihələrin həyata keçirilməsini planlaşdırırlar.

Yarışmanın digər sponsorları – Ultra şirkətinin marketinq şöbəsinin rəhbəri Malik Rəşidov, Bakcell İnnovativ Mobil İnkişaf Mərkəzinin rəhbəri Orxan Babayev və digərləri də iştirakçıları təbrik etdi. 

Bütün çıxışlardan sonra Golden Byte  yarışmasının regional final qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirildi. 

 “Game design” nominasiyası üzrə 61 layihədən sadəcə 4-ü finala keçdi.  

  • Rauf Cəfərov, Çingiz Əhmədov, İlham Abdullayev (I yer)
  • Sahib Zülfüqar (II yer) 
  • Sərxan Abdullazadə, Tural Səlimli (III yer)

 “Character Design” nominasiyası üzrə bu il 56 layihə təqdim edilmişdi ki, onun sadəcə 4-ü finala keçdi. 

  • Sevinc Əzimova (I yer)
  • Ruslan Qoçayev (II yer)
  • Fərxan Mustafazadə (III yer)

 “Short Movie” nominasiyası üzrə  56 layihə təqdim edilmişdi ki, onlardan 5-a finalı keçdi. 

  • Əli Cavid (I yer)
  • Davud Muradlı (II yer)
  • Tural Səlimli, Sənan Hümbətov (III yer)

Qaliblərə mükafatı, yarışmanın sponsoru olan MONT şirkətinin rəhbəri  Günel Səfərəliyeva təqdim edirdi.

 “Start Up” nominasiyası üzrə bu il təqdim edilən 50 layihədən 7-si finala keçdi.  

  • Elçin Ağazadə, Murad Məmmədov, Anar Əliyev (I yer)
  • Sadığ Hüseynov, Əsəd Zeynalov, Cəfər Cəfərov (II yer) 
  • Rauf Kərimov (III yer)

Bu nominasiya üzrə olan qaliblərə mükafatı AzerTelecom şirkətinin kommersiya üzrə direktoru Ləman Abbasbəyli təqdim etdi.

 “Mobile Development”  nominasiyası üzrə təqdim edilən 31 layihədən sadəcə 3-ü finala keçdi.

  • Turxan Bədəlov (I yer)
  • Babayev Əli, Babayeva Günay, Azər Umudov (II yer) 
  • Gülağa Gözəlov, Ramazan Qaraisayev, Elşad Səmədzadə (III yer)

Bakcell İnnovativ Mobil İnkişaf Mərkəzinin rəhbəri Orxan Babayev qalibləri təbrik etdi və onlara mükafatlar təqdim etdi.

 “Web Project”  nominasiyası üzrə təqdim edilən 31 layihədən 3-ü finala keçdi.

  • Ruslan Bayramov (I yer)
  • Babayev Əli (II yer) 
  • Fərid Babayev murad Mikayılzadə (III yer)

Qaliblərə mükafatı Ultra şirkətinin marketinq şöbəsinin rəhbəri Malik Rəşidov təqdim etdi.

 “Junior Competition” nominasiyası üzrə qəbul edilın 184 layihədən sadəcə 5-i beynəlxalq fınala keçdi.

Tədbirin sonunda Azərbaycanda Step IT Academy-nin rəhbəri Aleksey Sleptsov qalibləri təbrik edib, yarışmanın sponsorlarına dərin minnətdarlığını bildirərək öz nitqi ilə çıxış etdi. “Bu il biz layihə seçimlərində olan şərtləri daha da sərtləşdirdik. Belə deyək, kəmiyyətə deyil, keyfiyyətə üstünlük verdik. İştirakçılar daha da azaldı ancaq finalçıları seçmək bizim üçün o qədər də asan olmadı. Çünki bütün layihələr özünəməxsus xüsusiyyətlərə malik idi” deyə A. Sleptsov öz çıxışında bildirdi.   

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun