Bakı, Koroğlu Rəhimov, 70

Azərbaycan təmsilçiləri Beynəlxalq IT-yarışında 3 gümüş medal qazanıblar

20 may 2018-ci il tarixində Ukraynanın paytaxtında Kiyev şəhərində baş tutan qlobal ideya yarışı “Golden Byte”ın final mərhələsi keçirilib. Komandalar öz təqdimatlarını münsiflər heyyəti önündə həyata keçirmişdilər. Azərbaycan bu yarışda 2 ildir ki  iştirak edir və bu dəfə 7 nominasiya üzrə həmyerlilərimiz tərəfindən təmsil olundu. Regional finalın qalibi olan 7 komanda final yarışı üçün Kiyevə səfər etmişdilər.

Baş tutan mükafatlandırma mərasimində 3 nominasiya üzrə Azərbaycan da qalib gələn ölkələr siyahısında oldu.

Mobile development” nominasiyası üzrə Turxan Bədəlovun “Wi-fi file manager” layihəsi 2 -ci yer qazandı.

Web Project” nominasiyası üzrə Emil İsmayılzadənin “Taskie” layihəsi 2 -ci yere sahib oldu.

Character Design” nominasiyası üzrə isə Sevinc Əzimovanın “EVA” layihəsi də 2-ci yer tutdu.

Qeyd edək ki, “Wand” layihəsinin müəllifi Anar Əliyev  xüsusi sertifikat ilə fərqlənənlər sırasında yer aldı. Beləliklə, keçən il ilə müqaisədə daha az məhsuldarlığın olmasına baxmayaraq, təmsilçilərimiz vətənə 3 gümüş mükafatla qayıtmağı bacardılar. Yarışın 20.000 dollarlıq mükafat fondu isə qaliblər arasında bölünüb.

Beynəlxalq IT yarışı “Golden Byte” hər il Step IT Akademiyanın təşkilatçılığı ilə Ukraynada keçirilir. Hər il 10.000-dən çox gəncin iştirak etdiyi  IT çempionatı artıq 10-cu dəfədir ki təşkil olunur.  Əlavə edək ki AzerTelecom şirkəti müsabiqənin lokal turlarında baş sponsor Bakcell Applab inkubasiya mərkəzi isə Beynəlxalq yarışın lokal tərəfdaşı idi.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun