Bakı, Koroğlu Rəhimov, 70

Azərbaycan Respublikasının Prezidenti STEP IT Academy-də yaradılan şəraitlə tanış olub

006

 

Prezident İlham Əliyev Binəqədi rayonunda əsaslı təmir edilmiş 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılmış STEP IT Akademiyasında görülən işlərlə tanış olub. 

Təhsil naziri Mikayıl Cabbarov dövlətimizin başçısına məlumat verdi ki, 9 nömrəli Bakı Peşə Liseyinin tədris korpusu bu il əsaslı təmir olunub. Ümumi sahəsi 2750 kvadratmetrdən çox olan korpusda yeni dərs ilindən IT STEP akademiyası fəaliyyət göstərəcək.

Bakıda fəaliyyətə başlayan akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala bilər. Hazırda IT STEP-də təhsil almaq üçün 210 nəfər sənəd verib, ilin sonunadək bu rəqəmin 500 nəfərə çatacağı gözlənilir. Akademiyada 17 kompyuter sinfi, robot texnikası, bədii studiya, qrafik dizayn və fotostudiyadan ibarət 4 ixtisaslaşdırılmış laboratoriya fəaliyyət göstərəcək.

001

002

003

005

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun