Bakı, Koroğlu Rəhimov, 70

Akademiyada Təkrar Emal qutuları

Hörmətli tələbələr. Gündəlik olaraq həm plastik stakan və butulkalardan, kağızdan istifadə edirik. Bunları istifadə etdikdən sonra təbiətə zərər vurmamaq üçün IDEA İctimai BirliyininAzersun Holdingin gözəl təşəbbüsünə biz də qoşulub Akademiyamızda təkrar emal qutularını yerləşdirmək qərarına gəldik. Sizdən isə xahişimiz istifadə etdiyiniz plastik və kağız tullantıları müvafiq qutulara atmaq və təbiətə bizimlə yardımçı olmağınızdır. 

Düzgün çeşidləmə yollarını gəlin birgə nəzərdən keçirək. Dostlarınızla da paylaşın və ya məlumatlanmasını istədiyiniz tanışlarınızı işarələyin. Təkrar emalı şəhərimizdə təşviq etmək üçün hər birinizin dəstəyinə ehtiyac var. Unutmayın, gündəlik həyatımızda etdiyimiz ən kiçik dəyişiklik belə ətraf mühit üçün böyük əhəmiyyət kəsb edir.
Həmçinin, unutmayın təkraremal nə qədər önəmlidirsə, təkraristifadə və tullantıların azaldılması da bir o qədər vacibdir. Çünki, təkrar istifadə edəcəyimiz halda, əşyanı təkraremal prosesinə göndərməyə ehtiyac qalmır. Bu isə tullantıları azaldaraq enerjiyə, resurslara və pula qənaət etməyə kömək edir.

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun