Bakı, Koroğlu Rəhimov, 70

Akademiyada “IT sahəsinə necə gəlmək olar” adlı seminar keçdi

Bu günlərdə STEP IT Academy –də “İT sahəsinə necə gəlmək olar?” adlı seminar keçirildi.  Azərbaycanda İT sahəsində biliklərin yayılmasına yönəldilmiş növbəti tədbir bir daha bu mövzuya laqeyd olmayan insanları bir araya gətirdi.

Spiker kimi STEP IT Academy Azerbaijan direktoru Aleksey Sleptsov çıxış edib. Qeyd edək ki, A. Slepçovun İT sahəsində 25 illik iş təcrübəsi var ki, onun 13 ilini beynəlxalq şirkət olan İntel-də keçmişdir.

O, seminarda İT sənayesi haqqında danışdı, İT mütəxəssislərinin işi barədə mövcud stereotipləri və mifləri məhv etdi və digər peşələrə nisbətdə İT peşəsinin üstünlükləri və perspektivləri haqqında məlumat verib.    İT sahəsinə daxil olmağı arzulayan, ancaq nədən başlayacaqlarını bilməyənlər üçün isə o, təhsilin iki  yolu haqqında danışdı. Bunlardan biri sərbəst şəkildə özü öyrənmək digəri isə ixtisaslaşdırılmış təhsil müəssisələrində olan təlimdir.  

İT sahəsi olduqca müxtəlifdir. Bu sözün anlayışından başlayarkən, Alexey Sleptsov bütün müasir həyatımızın informasiya texnologiyaları ilə əlaqəli olduğunu qeyd etdi .

“Bu gün bütün dünya dördüncü sənaye inqilabına –  maksimum İT ilə əlaqədar olan texnologiyalarına, robot texnikasına  keçid edir. Azərbaycanda hər şey, ASAN Xidmət kimi vətəndaşlara xidmətdə elektron mərkəzlərə, elektron hökümətə keçir. Elektron sahəyə gedən məsələlər getdikcə daha çoxalır və bu elektron sahədə kimsə xidmət göstərməlidir.  A. Slepçov bildirdi ki, əgər mütəxəssisə olan tələbatdan danışsaq, bu gün o bir mütəxəssis üçün 5 yerdir.

İT sahəsi müxtəlif ixtisaslar üzrə zəngindir. Bura proqramçılar, sistem mühəndisləri, şəbəkə mühəndisləri, test keçirənlər, dizaynerlər, biznes analitikləri, layihə menecerləri və təxminən 20-dən çox ixtisas daxildir.  Bütün dünya üzrə bunların hamısına tələbat var.

Spiker həmçinin Gürcüstanda (12.000), Ukraynada (130.000)  və Azərbaycanda (1.000-1.300)   olan proqramçıların sayını göstərən statistikanı da göstərdi.   Bu haqda danışarkən o həm də qeyd etdi ki, bu peşəyə olan tələbat onu həm də maaşın yüksək olmasına səbəb olur ki, bu da ixtisas seçimində vacib faktordur. 

Seminarda İT sahəsinin məşhurluğu və İT mütəxəssislərinin üstünlükləri mövzusuna da toxunuldu.  İT mütəxəsisi işi haqqında çox yayılmış stereotiplər qırılmış, İT sahəsində karyera üçün lazım olan bacarıqlar  sadalanmışdır. Sonda isə A. Slepçov İT sahəsinə uğurlu başlanğıcın sirlərini açıqladı.

Akademiya İT sahəsi üzrə 3 əsas ixtisasa yönəlib:

1) Kompüter Qrafikası və Dizayn.

2) Proqramlaşdırma.

3) Kibertəhlükəsizlik şəbəkəsi üzrə  mütəxəssis.

Kompüter akademiyasında təhsil proqramı 2,5 il müddət üçün nəzərdə tutulub. Tədrisin sonunda tələbələr bu akademiyanın beynəlxalq diplomunu, həmçinin tərəfdaş şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını əldə edə bilirlər.

STEP IT Academy-də 15 yaşından 55 yaşa kimi insanlar tədris ala bilər.  Bundan başqa Bundan başqa, STEP IT Academy çərçivəsində gənc nəsil üçün (9 yaşından 14 yaşa kimi)  kiçik kompüter akademiyası fəaliyyət göstərir.

Qeyd edək ki, STEP IT Academy-nin Avropa, Asiya, Cənubi Amerika və ABŞ üzrə 17 ölkədə 48   filialı mövcuddur. Akademiyanın məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə çalışırlar.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun