Bakı, Koroğlu Rəhimov, 70

AdobePhotoshop: ən məhşur redaktorun qısa tarixçəsi

Yəqin ki, qrafiki Photoshop redaktoru və onun imkanları barəsində eşitməyən insan yoxdur.

Jurnallarda və saytlarda görə biləcəyiniz kompüter şəkillərinin böyük həcmi, demək olar ki yaradılmış və redaktə olunmuş şəkillərin 90%-i Photoshop vasitəsilə yaradılmış və ya redaktə edilmişdir.

Professional fotoqraflar, həvəskar fotoqraflar, qrafiki dizaynerlər, poliqrafiya dizaynerləri və veb – dizayenrlər bu proqram ilə işləyirlər. Photoshop proqramında PR, SMM və Event idarəçiliyi ilə əlaqəsi olan insanlar şəkilləri redaktə edirlər. Bu proqram ailəvi dəniz səyahəti zamanı foto çəkiliş edən və məhşur brendin reklam kompaniyası üçün Balidə fotosessiya keçirlən professionallar və həvəskarlar üçündür.

Proqramın rəsmi tarixi və yaranma vaxtı barəsində heç bir əfsanə yoxdur. Photoshop 1.0. proqramının yarandığı il, yəni, 1990 – cı ili Photoshop proqramının başlanğıc erası hesab edirlər. Lakin o zamanadək də proqram inkişaf etmişdi.

Onun yaradıcısı Miçiqan universitetinin tələbəsi Tomas Nolldur. 1987 – ci ildə o, bir neçə kod sətiri yazmış və inqilabi proqramın yaranmasına səbəb olmuşdur ki, bu da bəzi açar parametrləri ilə yalnız rəqiblərini deyil, zamanın özünü də geridə qoymuşdur. Doğma qardaşı Tomas Con tərtibata qoşulmuş və şəkillərin işlənib hazırlanması üçün proqramın işlənməsi və yaradılmasında bilavasitə münasibəti olmuşdur. O, studiyada işləyirdi və xüsusi effektlər ilə məşğul idi. Buna baxmayaraq, qardaşlar uşaqlıqdan incəsənətə və kompüterə çox meylli olmuşlar və dizaynın inkişafına böyük töhfələr vermişlər.

Qardaşlar öz tərtibatlarını Display adlandırmışlar, lakin bu ad proqramın funksiyaları ilə heç cürə uyğun gəlmirdi və bir ildən sonra onun adını İmagePro adlandırmışlar. 1988 – ci ildə, Noll qardaşları tərəfindən işlənmiş proqramı Adobe şirkəti alan zaman, onu Photoshop adlandırmışdır. Bu ad bu günədək məhşurdur, bundan başqa nadir hallarda məhsulun adı şəkilin işlənib hazırlanması anlamını verən feil olmuşdur: bu gün istənilən şəkili fotoşoplayırlar. Adobe şirkəti ilə sövdələşmə zamanı Noll qardaşları proqram üzrə müəlliflik hüquqlarını özlərində saxlamışlar.

Qeyd etmək lazımdır ki, Tomas əvvəlcədən yalnız Macintosh kompüterlərində işləyən proqram hazırlamışdı. Lakin bu səhv tezliklə aradan qaldırıldı və Adobe şirkəti 1992 – ci ildə OCWindows üçün versiya təqdim etdi. Beləliklə, Photoshop ilk krosplatforma əlavəsi oldu.

Məhz bu zaman Photoshop üzərində işləyən proqramistlər komandası genişlənir. Məhsulun özü nail olduğu yerlə kifayətlənmir və inkişafına davam edir. Müntəzəm olaraq peyda olan yeni versiyaları ilə, proqramın funksiyaları artır. Proqramda, əlavə səhifələr və qatlar, mətni redaktə etmək imkanları, dəyişikliklərin tarixinə giriş və bir neçə ardıcıl hərəkətlərin ləğv edilməsi imkanları və Photoshop proqramını bu gün onlarsız təsəvvür etməyin qeyri mümkün olduğu bir çox faydalıə alətlər, misal üçün MagesticLaso aləti peyda olur. Hər yenilənməsi zamanı proqram daha yaxşı olur və öz saysız – hesabsız istifadəçiulərinə daha yeni imkanlar təklif edir.

1996 – cı ildən Photoshop interfeysi vahid şəklə salınmış və Adobe şirkətinin bütün proqramlarından fərqlidir, bu gün isə Photoshop proqramı 20 – dən artıq dildə təqdim olunmuşdur.

Demək olar ki, 30 ildir ki, bu proqram şəkili redaktə etməyə kömək edir, onun tərtibatı isə bitmir. Tomas hələ də proqram üzərində işləyir, onun qardaşı isə kino sənayesində işini davam etdirir və hətta 2007 – ci ildə “Karib dənizinin quldurları: ölünün sandığı” filmindəki xüsusi effektlərə görə Oskar mükafatını almışdır.

Step IT Akademiyasında tələbələrin “Kompüter qrafikası və dizayn” istiqamətində təhsili müstəvi qrafikası bloku və maketləmədən başlayır. Uşaqlar birinci semestri incəsənətin, rəsmin tarixi, dizayn nəzəriyyəsi, tipoqrafika və AdobePhotoshop və AdobeIllustrator qrafiki redaktorlarının tədrisi ilə başlayırlar.

Tədris proqramında web – intizamın, üç ölçülü qrafikanın və layihələndirmənin, Autodesk 3dxMax, AutodeskMaya, AdobePremier  proqramında qeyri – xətti montaj  və AdobeAfterEffects proqramlarında xüsusi effektlərin yaradılması və bir çox qaydalar nəzərdə tutulmuşdur.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun