Bakı, Koroğlu Rəhimov, 70

Web layihələrinin yaradılması və dizaynı” ixtisası üzrə tələbələr diplom işlərini müdafiə etdi

24 İyun tarixində STEP IT Academy-də “Web layihələrinin yaradılması və dizaynı” ixtisası üzrə tələbələr diplom işlərini müdafiə etdi.

Tələbələr öz işlərini Akademiyanın müəllim və işçi heyyətinə təqdim etdi. Qonarlar arasında Akademiyanın təsisçisi və baş direktoru Dmitriy Korçevski də var idi. Qeyd etmək lazımdır ki müdafiə zamanı, Akademiyanın memorandum imzaladığı real şirkətlərin təmsilçiləri də işləri dinləyib, sonradan bir neçə tələbəyə iş təklifi etmişdirlər. B u xüsusi “Web layihələrinin yaradılması və dizaynı” proqramı çərçivəsində bir il ərzində ödənişsiz təhsil almış məzunlar  yerli və beynəlxalq bazarların standartlara cavab verən mütəxəssis olmaq imkanı qazandılar.

Tədbirin sonunda çıxış edə Dmitriy Korçevskiy bütün məzunları təbrik etdi və onlara uğur arzuladı: “Stabilliyi unudun. Həyatda hansısa səviyyəyə çatıb sonra onu ömrü boyu istifadə etmək barəsində unudun. Siz daim irəli hərəkət etməlisiniz. Tələsmək mütləq deyil. Siz artıq müəyyən səviyyəyə çatmısınız. Lakin mütləq hərəkət edin, dayanmayın. Uğur yalnız daim nəisə öyrənən və irləliləyənin yanındadır. Ona görə öz uğurunuza sevinin, siz müəyyən hədəfə uğramısınız. Lakin unutmayın ki, ətrafınızda daha çox zirvə var, onları fətt edin. Mən əminəm ki bu gün sizin yaddaşınızda gələcəyə doğru ilk addımınız kimi yadda qalacaq” 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyir

Zəhmət olmasa formu doldurun