Biz əminik ki, hər kəs üçölçülü şah əsərləri yarada bilər. Hədəfə çatmaq üçün istək, çalışqanlıq və nizam-intizam tələb olunur. Qalan hər şeyi biz öz üzərimizə götürürük.
Bizim dəyərlərimiz
STEP IT Academy-də təhsil effektiv tədrisin üç əsas zəruri tərkib hissəsinə əsaslanır
Aktual proqram
Bizim tələbələrin aldığı bilik və bacarıqlar şirkətlərin bu günkü və gələcək tələblərinə uyğun olmalıdır. Buna görə də biz hər altı aydan bir kurs proqramlarına baxır və onları yeniləyirik.
Müəllim-praktiklər
STEP IT Academy-nin müəllimləri – aparıcı İT şirkətlərin minimum 5 il iş təcrübəsi olan mütəxəssisləridir. Dərslərdə tələbələr real praktikadan yalnız aktual bilikləri əldə edirlər.
Dost mühit
Biz müəllim və tələbələrin eyni səviyyədə ünsiyyət qura biləcəyi xüsusi təhsil mühiti yaratmışıq. Bizim təhsil otaqlarımız və laboratoriyalarımız rahat iş yerləri, kompüter texnikaları və lisenziyalı proqram təminatları ilə təchiz edilib.
Proqram kim üçün hazırlanıb
Məktəblilər və məzunlar (16-18 yaş)
dizayner olmaq arzunuzu sonraya qoymadan ilk peşənizi almaq
Ali təhsil müəssisələrinin tələbələri (18-23 yaş)
universitet təhsili ilə paralel ikinci ixtisası mənimsəmək
Digər peşələrin nümayəndələri (23-55 yaş)
o kəsləri ki, cari karyera və maliyyə perspektivləri qane etmir, dizayner ixtisası üzrə yenidən təhsil ala və tələb olunan peşəyə sahib ola bilərlər.
İxtisasını artırmaq istəyən hər kəs
öz biliklərini sistemləşdirəcək və müasir dünyada tələb olunan iş bacarıqları əldə edəcəklər
Tədris proqramı
- Autodesk 3ds Max-da üçölçülü qrafika: 3D-obyektlərin yaradılması, poliqonal və splayn-modelləşdirmə
- İnteryer və eksteryerin vizualizasiyası. Landşaft dizaynı.
- Autodesk AutoCAD-da avtomatlaşdırılmış layihələndirmə sistemləri, çertyojlarla iş
- Üçölçülü animasiya: Autodesk Maya-da modelləşdirmə, vizuallaşdırma və animasiya
- Video yaratmaq və üzərində işləmək, Adobe Premiere-də qeyri-xətti montaj
- CGI, VFX və Adobe AfterEffects istifadə etməklə sonradan işləmə
- Rəqəmsal səslə iş, videoçarxların səsləndirilməsi və səslərin birləşdirilməsi, səs xəttinin işlənməsi
Kursu bitirdikdən sonra nələri bacaracaqsınız
- Videoçarxlar yaratmaq və onların üzərində işləmək, səslə videomaterialı birləşdirmək və sinxronlaşdırmaq, videoçarxların səsləndirilməsi texniki prosesini idarə etmək.
- Yeni modelləşdirmə və vizuallaşdırma texnologiyalarını istifadə etməklə üçölçülü şəkillər yaratmaq
- Binanın interyer və eksteryer dizaynını yaratmaq, onları real ətraf mühitə uyğun vizuallaşdırmaq
- İki- və ya üçölçülü animasiyalardan və peşəkar xüsusi effektlərdən istifadə etməklə animasiya filmləri yaratmaq
Təhsil formaları
3D dizayn və animasiya
ayda 300 azn-dən
Öz həmfikirlərinin yanında bilik və bacarıqlar əldə etmək istəyənlər üçün əla seçimdir. Müstəqil şəkildə öyrənmək sizin üçün çətindirsə, və vaxtınız varsa bu ən sizin üçün ən uyğun təhsil formasıdır. 15 nəfərə qədər kiçik qruplar. Hər dərsdə sizinlə təlimçi məşqul olacaq.
Müəllimlərimiz tərəfindən hazırlanmış ev tapşırıqlarını yerinə yetirmək üçün tövsiyə olunan kompüter konfiqurasiyalarını nəzərdən keçirməyi unutmayın.
Azərbaycan
2 semestr - 1 il
15-55 yaş arası
həftədə 3 dəfə - 2 qoşa dərs
Müəllimər – praktik mütəxəssislər
Məzunların iş nümunələri
Məzunlarımız harada işləyir




















Təhsili bitirdikdən sonra tələbələr STEP IT Academy-nin beynəlxalq diplomu ilə təltif olunurlar
Həmçinin tələblər partnyor şirtkərlərin sertifikatlarına yiyələnirlər