Bakı, Koroğlu Rəhimov, 70

2018-ci il İT-də iş və maaş 7 trend

Robert Half şirkəti 2018-ci il üçün İT bazarının vakansiyala üzrə proqnozunu təqdim etmişdir. Tədqiqatçılar Şimali Amerikada 8000 peşəkar, o cümlədən  İnformasiya Texnologiyası üzrə 2500 direktor ilə müsahibə aparıblar. IT News nəşri bu hesabat əsasında İT sənayesində əmək bazarının 7 əsas tendensiyasını təsvir etmişdir.

  1. “Aytişniklər” az olduğu üçün daha çox əmək haqqı istəyirlər.

Hesabatda deyilir ki, yüksək keyfiyyətli mütəxəssislərin olmaması müvəqqəti narahatçılıq deyil. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, kadr çatışmamazlığı uzunmüddətli problemə çevrilir. Ancaq şirkət real istedad tapsa belə, bir qayda olaraq, onu ödəyə bilməz. Sorğu keçirilən İT direktorlardan 44%-i vurğuladı ki, münasib uyğun mütəxəssisləri tapmışdılar lakin namizədlərin əmək haqqının istəklərini  qarşılaya bilməyiblər.

  1. İşə düzəlmə prosesi çox zaman alır.

Yaxşı işçilərin işə götürülməsi üçün işə qəbuldan öncəki mərhələləri sürətləndirmək lazımdır. Sorğular göstərir ki, çox uzun testlər və mütəxəssislərin düşünməsi vakansiyaya olan marağı itirir. Bunu rəhbərlik vəzifəsinə olmayan vakansiyaya namizədlərdən üçdən ikisi bildirmişdir.

  1. Robotlaşdırma üzrə mütəxəssislərə olan tələbat artır.

Bəllidir ki, robotlar hələ ki, proqramçı, maliyyəçi və ya digər peşə sahiblərini tam olaraq əvəz etmirlər. Ancaq avtomatlaşdırmanın bazarda olan mənzərəni dəyişdirdiyini inkar etmək olmaz. Həmin şirkətin digər hesabatında 56% maliyyə direktorları onlardan biznesin və effektivliyin səmərəliliyinin nəzərəçarpacaq dərəcədə artıracağını gözləyirlər.

Buna görə də işəgötürənlər rutinin avtomatlaşdırılması üçün avtomatlaşdırma texnologiyası ilə çalışmağı bacaran işçilərin götürülməsinin tərəfdarıdırlar. 2018-ci ildə bu cür mütəxəssislərə olan tələbat artacaq.

  1. İT mütəxəssislərə olan tələbat bütün sektorlarda artmaqdadır.

Buna geniş miqyaslı sənaye, maliyyə, səhiyyə, tibbi avadanlıqların istehsalı daxildir.  2018-ci Şimali Amerika ilk baxışda proqram yaradılmasından fərqli olan sahələrə  proqramçı, analitiklər və proqram mühəndislərinin  işə alınması üzrə lider olacağı gözlənilir. Modernləşmə və innovasiyaya olan tələbat zavod, klinika və fabrikləri istedadlı proqramçıları axtarmağa və işə götürməyə məcbur edəcəkdir. Ancaq bu cür işlərin çatışmamazlığı ucbatından az ixtisaslı kadrlardan da istifadə olunacaq.  Buna görə də, özünü İT kadrları üzrə yüksək səviyyəyə aid etməyənlərin də şansı artır. Zərər çəkən də, demək olar ki, işəgötürən olur. Bazar da daha çox ödənilməsinə məcbur edir, ucuz və çox da tələb olunmayan mütəxəssislər bahalı olur.  

  1. Soft skills hər kəs üçün məcburi olacaq.

İş prosesində uğurlu iştirakı təmin edən ixtisaslaşmamış bacarıqlar və ya Soft skills istənilən vəzifə üçün məcburi hala gələcək. Bu vakansiyalara olan namizədlər artıq komanda ilə qarşılıqlı ünsiyyət yaratmaq bacarığı, müxtəlif problemləri həll edə bilmə və öz ideyalarını həyata keçirmə bacarığı olmadan keçinə bilməzlər.

Hesablama texnologiyaları bütün sənaye sahələrində böyük əhəmiyyətə malikdir, buna görə də, məsələn, bir proqramçı şirkətin hər hansısa digər işçisinə nəyisə aydın şəkildə izah edə bilər. Bu o deməkdir ki, işəgötürənləri namizədlərin daha çox dinləmə qabiliyyəti, tənqidi yanaşma və yüksək ünsiyyət bacarıqları daha çox maraqlandırır.

  1. “Aytişniklərin” xoşbəxtlik səviyyəsi artır.

Hesabatda bildirilir ki, reytinqə görə İT sahəsi üzrə işdə xoşbəxtlik 6-cı yerdədir. Stress reytinqindən danışmalı olsaq, onda bu göstəriciyə görə o zaman İT ən az stress yükü ilə tamamilə sonuncu yerdədir. İT-də işçilərin öz mövqelərindən məmnun olmalarında işəgötürənlərin təklif etdikləri  həvəsləndirmə sistemlərinin böyük təsiri var. Sorğu keçirilən şirkətlərdən sadəcə 19% -i etiraf etdi ki, işçilərə heç bir bonus vermirlər. Sadəcə 17%-ində əmək haqqı xidmət göstərmə ilindən asılıdır. 65% əmək haqqını fərdi nailiyyətlərə və işçilərin işinə görə əsaslandırır.

  1. Peşəkarların cəlb edilməsi “üsulları”

İT şirkətlər arasında kadrların cəlb edilməsində məşhur təcrübə sadəcə yüksək əmək haqqı və yaxşı maliyyə bonusları deyil, standart iş təkliflərinin arasında olmayan bir sıra əlavə  üsullar da olacaq. Belə ki, şirkətlər çevik bir cədvəl ilə evdən işləmək imkanı verir. Bəzi iş təkliflərində pulsuz idman zalı və ya iş yerində qidalanma da daxildir.  Başqa sözlə, işəgötürən tərəfindən mütləq qaydada adətən tələb olunmayan şeylər.  2018-ci ildə namizədlər üçün iş axtarışında mühüm faktor olacaqdır.

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun