Bakı, Koroğlu Rəhimov, 70

Ən yaxşı simvol və qrup adı müsabiqəsi (Kiçik Kompüter Akademiyası)

Əziz Kiçik Kompüter Akademiyasının tələbələri!

Bizə elə gəlir ki sizin qrup adlarınız çox darıxdırıcı və çətin yadda qalandırlar.

Bunun üçün biz yeni müsabiqə haqda düşündük! Sizə bütün qrupla birləşib özünüzə ad, emblem və şüar düşünməyinizi xahiş edirik!

Bu nə üçün lazımdır?

İlk növbədə bu qrup adınızda olan rəqəm və hərflərdən daha maraqlıdır.

İkincisi bu sizə qurp olaraq dostlaşmağa kömək edəcək.

Üçüncüsü isə siz komandada işləməyi öyrənəcəksiniz.

Beləliklə, müsabiqə necə olacaq və şərtlər nədir?

  • Öz qrupunuza ad fikirləşin (azərbaycan, rus və ya ingilis dilində, hissəciklərlə birlikdə 3 sözdən çox olmamaq şərti ilə)
  • Qrupunuzun emblemini fikirləşib çəkmək. Emblemi əl ilə vərəqdə və ya kompüter proqramları vasitəsi ilə çəkə bilərsiniz
  • Qrupunuz üçün şüar düşünmək
    Müsabiqənin finalı akademiyanın akt zalında keçiriləcək. Münsiflər heyəti Akademiaynın müəllim və işçi kollektivindən ibarət olacaq.

Finalda kim çıxış edəcək?

Finaldan öncə siz “sözçülər” seçəcəksiniz.

Sözçülər finalda qrupunuz adından iştirak edən tələbələr olmalıdır.

Sözçülər nə edəcəklər?

Müsabiqənin final günündə sözçülər qrupunuzun müsabiqədə keçdiyi mərhələlər haqda danışmalıdır. Adınızı necə fikirləşdiniz? Hansı çətinliklərlə üzləşdiniz? Nəyə görə məhz bu adı seçdiniz?

Bundan sonra emblem və şüar haqda eyni mərhələlər haqda danışmaq gərəkdir.

Müsabiqənin finalı üçün təqdimat hazırlayanla isə əlavə xallar qazanacaq.

Hazır işləri bu maillara göndərə bilərsiniz:

[email protected]

[email protected]

  1. Məktubun başlığında sizin MyStat sistemindəki mövcud qrup nömrənizi qeyd etmək vacibdir
  2. Məktubun özündə isə yeni fikirləşdiyiniz adı, emblemi, şüarı və final üçün hazırladığınız təqdimatı əlavə edin

İşlər mart ayının 15-ə qədər qəbul olunacaq

Final 16 mart 19:00-da akt zalında keçiriləcək.

Qaliblər münsiflər heyətinin səsverməsi nəticəsində müəyyənləşdiriləcək.

İlk 3 yeri tutanlara xüsusi olaraq sizin üçün hazırlanmış və öz düşündüyünüz emblem və ad ilə olan məhsullar hədiyyə olunacaq!

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun