Bakı, Koroğlu Rəhimov, 70

Ən populyar proqramlaşdırma dilləri

Sirr deyil ki, hər bir proqramlaşdırma dilinin öz tətbiq sahəsi var. Ancaq bu dillərdən bəziləri digərlərindən daha tez-tez istifadə olunur. Bu araşdırmada tanınmış İT platformalarının statistikasını analiz edərək hansı dilin daha çox məşhur olduğunu aydınlaşdırmağa çalışacayıq.

Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, məşhurluğu müxtəlif faktorlar üzrə qiymətləndirirlər. Bunların arasında:

— vakansiya, kurs və tədris ədəbiyyatının  sayı

— Xüsusi forumlarda müzakirələrdə dilin qeyd edilməsi

— İT platformalarda layihələrin sayı

— axtarış sorğularında dilin qeyd edilməsi.

Məsələn, GitHub pull- sorğuların sayına əsasən daha populyar olan dillərin reytinqini yayınlayıb. (hətta ilk pull sorğu Linus Torvaldsın sorğusu nəzərə alınıb). Bu reytinqdə 2,3 milyon sorğu ilə JavaScript lider olub.  Daha sonra böyük fərqlə Python yerləşmişdir – 1milyon. İlk beşliyin tərkibinə Java, Ruby və PHP daxildir.  

JavaScript –in populyarlığı bu dilin universallığı ilə izah edilir. Bu gün o demək olar ki, bütün brauzerlər tərəfindən dəstəklənir. Javascript –də mobil platform və stolüstü kompüterlər üçün müxtəlif tətbiqatlar yaradılır.

Stack Overflow öz reytinqini qurmaq üçün 64 000 proqramçıyla sorğu keçirib.  Bu reytinqdə də həmçinin JavaScript liderdir. Sorğu keçirilənlərin 61,9% -i onunla işləyir. Onun ardınca isə SQL, Java, C# və Python. Qeyd edək ki, sorğu keçirilənlərin 72,6% -i veb proqramlaşdırmada çalışdığı üçün nəticələr də belə alınıb.

Populyarlığın qiymətləndirilməsində bir neçə müxtəlif parametrləri nəzərə alan reytinqlər də mövcuddur. Məsələn, TIOBE reytinqi  mütəxəssis sayını, eləcə də təlim kurslarının sayını, müstəqil təchizatçıların və axtarış sorğularının sayını qeyd edir. Burda ilk beşlik artıq fərqlidir, Java, C, C++, C#, Python, JavaScript isə altıncı yerdədir.

IEEE reytinqi tərtib edilərkən axtarışda olan sorğuların, GitHub layihələrinin sayı, nəzərə alınmış, tvitter həmçinin  Stack Overflow, Reddit, Hacker News, CareerBuilder, Dice və IEEE Xplore-da olan hesablar da qeyd olunmuşdur.  Ən maraqlısı da odur ki, bu reytinqdə beşinci yerdə R dili yerləşir, JavaScript  isə 8 –ci yerdə qərar tutut. Reytinqin ilk dördlüyü isə C, Java, Python və C++dir.

Müəyyənləşdirilən daha bir maraqlı məqam proqramçıların əmək haqqı ilə bağlı idi. Bəlli oldu ki, ən çox pul alan proqramçılar ən populyar olan dillərdə yazan proqramçılar deyil. Stack Overflow-in iddia etdiyinə görə daha yüksək əmək haqqı bugünkü gün Go, Scala и Objective-C proqramçılarındadır. Təxmini olaraq ilə 110 min dollar qazanırlar. Ancaq bu dillərlə əlaqəli olan işi tapmaq da olduqca çətindir.  Coding Dojo-nun bildirdiyi kimi bugünkü gün daha çox tələb olunan  SQL, Java, Python, JavaScript və C++ üzrə olan proqramçılardır.

Beləliklə də, sorğuların statistikasından nəticə çıxararaq, Step IT Academy-də məhz hələ uzun müddət top reytinqdə qalacaq lider dillər tədris olunur. 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun